Текст книги "“QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17"
Автор книги: Akif Nagi
сообщить о нарушении
Текущая страница: 8 (всего у книги 23 страниц)
1905-ci il iyunun 13-dən Cəbrayıl bölgəsində ermənilər tərəfindən müsəlmanların kütləvi surətdə öldürülməsini M.S.Ordubadi (1872-1950) şərh edərək yazır ki, “...1905-cı il iyulun 12-də Şuşada çar hakim dairələrinin ikibaşlı siyasəti üzündən ikinci dəfə ermənilər olmazın vəhşiliklər törətdilər”. Gəncə və Qazaxda baş verən hadisələrdən bəhs edərək M.S.Ordubadi yazır ki, ermənilərin əsas hədəfi müsəlmanları Gəncə ərazisindən köçürüb, yerində Ermənistan təşkil etmək idi (6,s.17). (M.S.Ordubadi. “Qanlı sənələr”, “Səda mətbəəssi”, Bakı,1911., Ordubainin “Qanlı illər : 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi” (əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan Ə.Bağırov.-Bakı, 1991.)
Ermənilərin müsəlmanlara qarşı qəddarlığının şahidi olan Mir Möhsün Nəvvabın (1833-1918) yazdığına görə, ermənilər tikdirdikləri məktəb binasında işləyən 17 nəfər iranlı fəhləni qətlə yetirmişdilər. O, yazır: “Qələmlə yazılması qeyri-mümkün olmayan erməni vəhşiliyi idi. Ermənilər onların başına mismar çalaraq əzdikdən sonra cəsədlərini bir dərəyə ataraq üstlərini peyinlə basdırmışdılar”.(47,s.112.) (M.M.Nəvvab.1905-1906-cı illərdə erməni-müsəlman davası.Bakı, 1993).
Daşnakların müsəlmanlara qarşı Bakıda törətdikləri soyqırımı hadisələrini öz gözü ilə görmüş Seyid Cəfər Pişəvəri yazır: “1918-ci ilin martın 18-də daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf Cənubi azərbaycanlıların öldürülüb karvansaraylarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çox faciəli və nifrət doğuran bir hərəkət olmuşdur...” (56,s.297.) (Seyid Cəfər Pişəvəri.Seçilmiş əsərləri.1965,səh.297).
Tarixi faktlara əsaslanaraq daha bir faktı göstərmək mümkündür. Rus ordusunun generalı L.Odişe Liyetzenin rəsmi hesabatında yazılmışdır ki,.. «kimin kim olduğu bu qırğin zamanı özünü büruzə verdi. Əlbəttə, XX əsrdə ilk genosidi törədən ermənilər olub. 1915-ci ilin 11-12 mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla ucdantutma qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını dərin xəndəklərə atırdılar. Hər xəndəyə təxminən 80 nəfər müsəlman nəşi tullanırdı. Mənim adyutantım 200 belə xəndək saymış və cinayətlərin üstünü açmışdır. (Baxın! Hansı bir tarixi sənədlərı araşdırdıqca erməni qəddarlığı çılpaqlığı ilə görünür – H.A.). (3, iş 95.vərəq 2.) Azərbaycan Milli Dövlət Arxivi).
Polkovnik-Leytenant Qçyaznov rəsmi hesabatında bir daha göstərmişdir ki,..«Kəndlərə uzanan yollara müsəlmanların süngüyə keçirilmiş meyidləri, kəsilmiş bədən hissələri və dağıdılıb tökülmüş, daxili orqanları səpələnmişdi..,» Əfsus! Əsasən qadınlar və uşaqlar. Ermənilər öz vəhşiliklərini ört-basdır etmək üçün dərin quyular qazır və köməksiz insanları heyvan kimi doğrayaraq həmin quyulara atırdılar. Quyu meyitlə dolduqdan sonra onun yanında dayanmış erməni deyirdi: «70 nəfərin meyiti quyudadır. Daha 10 meyit də atıla bilər». Daha sonra 10 müsəlman meyiti də parça-parça edilib quyuya atılır və quyu dolduqdan sonra üstü torpaqla örtülürdü. Qətllər üçün məsuliyyət daşıyan erməni bir yerə 80 nəfər müsəlman toplayır, sonra yenidən bir-bir onların başı kəsilirdi. Bu, görünməmiş bir vəhşilik idi» (3). Azərb. Milli Dövlət Arxivi 1915-ci il.).
Tarixi qaynaqlar göstərir ki, daşnaklar 1918-ci ilin martında Bakının müsəlman əhalisini məhv etmək üçün müxtəlif cəbhələrdən 7 min erməni əsgəri gətirmişdilər. Bundan başqa «Qırmızı qvardiya» adlanan 10-12 minlik ordunun da 70 faizini ermənilər təşkil edirdi. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları inqilabi komitənin qərərgahına gəliblər və qısa təlimatdan sonra müsəlman məhəllələrinə göndəriliblər. Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, 3-4 günlük uşaqları süngülərin ucuna keçirirdilər. Erəmənilər müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin müxtəlif yerlərindən qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış yüzlərlə müsəlman qadınının meyiti tapılmışdır. Gənc qadınların bir çoxunu diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində pulemyot mövqeləri qurulmuşdu ki, bu da ermənilərin vəhşi xarakterli məqsədlərini yerinə yetirməkdə mühüm vasitələrdən biri idi (2.iş16,vərəq 20.) (Azərbaycan Respublikası Dövlət Arxivi 1918-ci il).
1918-ci il 24 mart tarixli “Naş Qolos”qəzetində bu facıə belə verilmişdir. “Həmin proseslər zamanı «Bakının Nikolay küçəsi ilə» hücuma keçmiş erməni əsgərlərinə, əsasən, erməni ziyalılarının nümayəndələri rəhbərlik edirdi. Belə dəstələrdən biri evə girib 8 qadın və uşağı güllələmişdi. Başqa dəstə fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək 9 ziyalı müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələnmiş meyitlərin ikisini yanmaqda olan «Dağıstan» mehmanxanasının alovları içinə atmışdır” (15,s.2-3.). “Azərbaycan” qəzeti, 10 aprel 2005.)
Qeyd etmək lazımdır ki, ermənilərin bütün dünyaya car çəkdikləri «erməni soyqırımı» ilə bağlı bircə dənə də olsun tutarlı fakt yoxdur. Bu onu sübut edir ki, türklərin ermənilərə qarşı soyqırımı baş verməmişdir– (H.A.). Bu hadisələrin davamı olaraq ermənilər Xocalıda soyqırımı həyata keçirdilər. Bu oyun planlaşdırılmış bir siyasət idi. Yəni XX əsrin əvvəllərindən başlanan planlaşdırılmış və böyük dövlətlərin maraqları ilə məqam yetişəndə uzlaşdırılan və həyata keçirilən bir siyasət idi. Əslində ermənilər mənfur niyyətini həyata keçirməkdən ötrü «Daşnaksütyun», «Qnçak» təşkilatlarını yaradaraq bu təşkilatlardan istifadə etmişlər– (H.A.).
Hadisələrlərlə əlaqədar, yəni mart soyqırımının ildönümü münasibətilə 1924-cü ilin 31 martında (ermənilərin törətdikləri qanlı hadisələr-H.A.) çapdan çıxmış «Yeni Qafqasiya» qəzetinin 13-cü sayında yazılmışdı ki, «1918-ci ilin martı başıbəlalı Bakının keçirdiyi pək qara və məzlumi günləri təşkil edir. Stepan Şaumyan Rusiyada hökuməti ələ alan bolşevik rəhbəri V.İ.Lenin tərəfindən bütün Qafqaza fövqəladə komissar təyin edilir. Şaumyan Qafqaz komissarı sifətilə Tiflisə getmişkən kəndisinə müxalifət edən Məvareyi-Qafqaz (Cənubi Qafqaz) komissarlığı hökumətinə müqabil menşeviklərin əlində olan Tiflis sovetlərində istinadgah tapmayaraq yaxasını ələ verməkdən bir tövrlə sivişib Bakıya dönmüşdür. Bakıya qayıdan Şaumyan tez bir zamanda öz niyyətlərini həyata keçirmək üçün genişmiqyaslı iş planı işləyib hazırlayır. İran cəbhəsindən dönərək Bakıda toplu halında bulunan rus ordusu soldatlarını min cürə yalan və təşviqələrlə məmləkətlərə getməkdən məhrum etdilər, onları siyasi məqsədlər üçün istifadə etmək istədilər. S.Şaumyan artıq bu istəklərinə nail olmuşdur. Göründüyü kimi həmin hadisələr artıq mətbuat orqanlarında da əsas mövzulardan birinə çevrilmişdi.
Hətta bu mövzu xaricdə nəşr olunan informasiya vasitələrində də yer almışdı. Məsələn, 1933-cü ilin aprelində Almaniyanın Münhen şəhərində nəşr olunan «İstiqlal» qəzeti isə (31-ci nömrəsində) bu hadisənin 15 illiyi ilə bağlı məqalə dərc etmişdir. Məqalədə göstərilir: «1918-ci il 22 martda Bakının «İsmailiyyə» binasının möhtəşəm salonunu milli musiqi, tans, sevinc və gülüş titrədirdi. Novruz bayramı qarşılanmaqda idi. Bir həftə sonra martın 31-də isə bu tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatları ilə kitabxana, qiraətxana yetimlər yurdunun yetişmiş olduğu bu qoca saray quru bir kabus halında matəm içərisində idi. Yandırılmışdı. Yandırılan bir tək «İsmailiyyə» deyildi, türklərə məxsus bütün mətbəələr, mətbuat idarəxanaları, milli teatr binası, məktəblər, xəstəxanalar, camilər, milli-mədəni müəssisələr yerlə-yeksan edilmişdi. Bir həftə ərzində Bakı bütün simasını itirmişdi. 31 martda 15 min günahsız türk kəsilmişdi» (114). (“İstiqlal” qəzeti, 10 aprel 1933, N 31).
Tarixi mənbələrə istinadən demək olar ki, sadalananlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinin sonu deyildi.
Şərqdə isə demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 31-i (ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırımı-H.A.) matəm günü kimi qeyd olunmuşdur. Əfsuslar olsun ki, sovetlər dövründə qanlı mart hadisələri tamamilə unutdurulmuşdur. Lakin 80 il sonra Ulu öndər H.Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» tarixi fərmanı xalqımıza qarşı törədilmiş soyqırımın obyektiv mənzərəsini əks etdirdi və ona siyasi qiymət verməyə şərait yaratdı. H.Əliyev Azərbaycanın soyqırımı günü ilə bağlı xalqa müraciətdə demişdi: «Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik «Böyük Ermənistan» dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur”(77). “Azərbaycan” qəzeti,27 mart 1998-ci il.)
Qeyd edək ki, təkcə XX yüzillikdə bir milyona yaxın azərbaycanlı ermənilər tərəfindən öldürülmüş, 1,5 milyondan artıq soydaşımız Qərbi Azərbaycandan (indiki Ermənistan) departasiya edilmişdi – (H.A.).
Bütün bunları nəzərə alaraq X1X-XX əsrlərdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və kütləvi represiya aksiyalarina hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamışdır. Fərmanda qeyd edilir ki, əsrlər boyu Qafqazda azərbaycanlılara qarşı düşünülmüş və planlı şəkildə həyata keçirilmiş deportasiya və soyqirimi siyqsəti nəticəsində xalqımız çox ağır işgəncələrlə və milli faciələrlə üzləşmişdir.”Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayan, tarix boyu özgə torpaqlarında gözü olan ermınilər-azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salmış, kütləvi qətl və qırğınlara məruz qoymuş, xalqımıza məxsus minlərlə tarixi abidə və yaşayış yerlərini dağıdıb xarabalıqlara çevirmişlər.(7,s.103). (H. Abdallı. Azərbaycan: müstəqilliyimizin sosial-siyasi problemləri.B.2005.)
Müstəqil Azərbaycan dövlətinin bu istiqamətdə apardığı ardıcıl və davamlı siyasəti bu gün də davam edir.Qeyd edək ki, Respublikanın Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq bildirmişdir ki, qarşılıqlı güzəştdən söz belə gedə bilməz. Bizim güzəşt etməyə heç nəyimiz yoxdur.
Qeyd edək ki, ermənilərin uydurma soyqırımı böyük bir iftiradır. “Erməni soyqırımı” ilə bağlı türkiyəli Yusif Sarinay “Azərbaycan” qəzetinə müsahibə vermişdir. Həmin müsahibədə onların riyakarlığı, xəbisliyi və qəddarlığı açıqlanmışdır. Bu faktlara nəzər salaq və “ermənilərin soyqırımı” hadisəsinin faktiki olaraq kim tərəfindən törədildiyini bütün dünyaya bəyan edək. Göründüyü kimi, elə, Yusif Sarinay da bu fikirdədir!
Türkiyə Arxivləri İdarəsinin başqanı Yusif Sarinay ermənilərin hər il 24 aprel tarixini dünyaya «erməni soyqırımı günü» kimi təqdim etmələrinin yalan olduğunu sübut etmək məqsədilə Türkiyə arxivlərinin, xüsusən də Osmanlı dövrünə aid arxivlərin qapılarını bütün ölkələrin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan edərək və bu fakta aydınlıq gətirərək bildirmişbir ki, 24 aprel erməni terrorçularının başçılarının həbs olunduğu gündür.
Ermənilərin tarixi faktları araşdırmaqdan yayınmalarına etiraz edən bir fakta nəzər yetirək. Hələ, 2005-ci ildə Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Ermənistan prezidenti R.Koçaryana müraciət edərək soyqırımla bağlı araşdırmalar aparılması üçün müştərək komissiya yaradılmasını bildirsə də, lakin Ermənistan tərəfindən cavab alınmadı.
Yenə də Yusif Sarınayın gəldiyi qənaətə diqqət yetirək. Arxiv başqanı bildirmişdir ki, 1915-ci il aprelin 24-ü erməni terror təşkilatları – «Qnçak», «Daşnak» və «Ramqavar»ın liderlərinin həbs olunduğu gündür. Bu təşkilatlar XIX əsrin sonları, XX əsrin əvvəllərində Osmanlı torpaqlarında terror və qətllər törətmək məqsədilə yaradılmışdı. 24 aprel həbsi onların qətllər törətmək, Anadolu torpaqlarında «Böyük Ermənistan» dövləti yaratmaq məqsədlərinə nail oldu. Əslində, 1915-ci il aprelin 24-də, nə də ondan bir neçə gün əvvəl və sonra Anadoluda heç bir döyüş və ya köçürmə hadisəsi baş verməmişdir. Ermənilər bu günü ona görə soyqırımı hadisəsi kimi qeyd edirlər ki, qurduqları plan boşa çıxmış, terrorçu liderləri məhz həmin gün həbs olunmuşdur. Biz dünyanın bütün alimlərini, tədqiqatçılarını arxivlərimizə dəvət edir, elmi araşdırmalar aparılmasını təklif etsək də hələ Ermənistandan bir nəfər də gəlməyib. Düzdür, başqa dövlətlərdə yaşayan erməni mənşəli alimlər də gəlir, lakin onlar da Osmanlı dövrünün tarixi ilə maraqlanırlar»(9). (“Azərbaycan” qəz.,25 aprel 2007.) Erməni xalqına belə bir sual verəsən, arxivə gəlməkdən, bu sahəni araşdırmaqdan niyə qorxursunuz? Bəs soyqırımı bütün dünyaya tanıtmaq istəyirsiniz? Ermənilərin səs-küyü sayəsində indiyədək «ermənilərin uydurma soyqırımı» iddiasını 18 dövlət tanıyıb – (H.A.).
Yusif Sarinay daha sonra bildirmişdir ki, ötən əsrin əvvəllərində Türkiyədə yaşamış isveçli minbaşı Hyalmar Pravitzin 1917-ci ildə İsveçdə «Nya Daglikt Allehanda» qəzetində çap etdirdiyi məktubu bu günlərdə Türkiyəli tədqiqatçılar tapmışdır. Həmin bu məktub ermənilərin soyqırımı iddialarını alt-üst edir və aprelin 24-də belə hadisə baş vermədiyini ortaya çıxardır. Ona görə ki, bu isveçli minbaşı 1915-1917-ci illərdə ermənilərlə bərabər Türkiyədə yaşayıb. Həmin məktub kiçik ixtisarla verilir: «Bu yaxınlarda xaricdən ölkəmə döndüm. Erməni məsələsi ilə bağlı əlimə iki kitab keçdi, hər ikisini oxudum. Birincisi, Karl Dustağın «Soylu insan -Sven Hedin», ikinci kitab isə Marina Stcernstegin «Ermənilərin acınacaqlı vəziyyəti» adlı kitab idi. Birinci kitabı oxuyarkən zibilliyə atdım, ikinci kitabın əsas ideyası isə ermənilərin yaşadıqları «dəhşətləri» qabardıb insanların zehninə həkk etməkdir. Bu kitabı birnəfəsə oxudum. Təqdim etdiyim bu yazıda məqsədim kitabda deyilənlərin yalan və uydurma olduğunu ortaya qoymaqdır. Çünki mən, məhz həmin hadisələrin canlı şahidiyəm və ona ədəbiyyatın bədii obrazları ilə yanaşmıram. Ermənilərin «səfalətini» mənim qədər heç bir isveçli yaxından görmək və öyrənmək fürsəti qazanmayıb. Səfərimin əsas məqsədi hər iki yazarın hadisələri görmədən iddia etdikləri soyqırımın gerçəkliklərini öyrənmək idi. Hər iki müəllif yazılarında türklərin və almanların ermənilərə qarşı qeyri-insani, barbarcasına davrandıqlarını iddia edirlər. Səfərimə Türkiyədə Ermənilərin köçürüldüyü əraziləri gəzib dolaşmaqdan başladım. Elə bilirəm ki, mənim yazdıqlarım həmin müəlliflərin yalan yazdıqlarını oxuculara inandıra biləcək. Mən bu müəlliflərə qarşı protest edirəm.
Real tarixi faktlara əsaslanan Y.Sarınay yazır ki, əslinə qalsa, almanların və müttəfiqlərinin (Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan) tərəfdarıyam. İstanbuldan Anadoluya doğru səfərə başladım. Bu arada qulaqlarıma amerikalıların «zavallı ermənilərin» türk əfəndiləri tərəfindən öldürüldüyü və soyqırımı söz-söhbətləri çatırdı. Uzun illər Yaxın Şərqdə yaşadığım üçün ermənilərin özlərini Tanrının ən sevimli bəndələri kimi təqdim etmələrini heç vaxt qəbul etməmişəm. Ancaq bunun məsələyə dəxli yoxdur, türklərin öldürdükləri insanlar haqqında gerçəkliyi öyrənməyə qərar vermişdim. Türkiyənin hər yerində aclıq, səfalət, ehtiyac baş alıb gedirdi. Ancaq heç bir soyqırımı və kütləvi şəkildə öldürmə halları yox idi. Müharibənin əvvəlində Osmanlı imperatorluğunun erməniləri Şimal ərazilərindən cənuba daşınmasının səbəbini öyrəndim və türk hökumətinin məcburi səbəblər üzündən bunu yerinə yetirdiyini başa düşdüm. Yerli müsəlman əhaliyə nifrət hissi daşıyan və istila ordusu ilə birləşib yerli planlar hazırlayan, yeni zamanda rusların gəlməsini gözləyən ermənilərin Ərzurumdan çıxarılması həm gərəkli, həm də əhəmiyyətli bir addım idi. 1916-cı ilin fevralında Ərzurum rusların əlinə keçərkən hələ Rusiyadan yaxşı tanıdığım bir erməni mənə dedi ki, əgər ermənilər Ərzurumdan əvvəlcədən çıxarılmasaydılar, biz bunlara çoxdan sahib olmuşduq.
Türkiyə kimi bir ölkə içində gizlənmiş bu cür insanlara qarşı tədbir görülsə, bunu normal qarşılamaq lazımdır. Ermənilərin türk əsarəti altında yaşadıqlarını və davamlı olaraq təzyiq gördüklərini iddia edənlərin tamamilə yalan danışdıqlarını söyləyirəm. Əslində, o dövrdə ermənilərdən dəfələrlə pis yaşayan və əsarət altında əziyyət çəkən xalqlar var idi. Məsələn, rusların təzyiqi altında əzilən azərbaycanlılar, belçikalıların əzab-əziyyətinə qatlaşan Konqo zənciləri, Fransanın işgüzar və talan etdiyi qvineyalılar ermənilərdən daha pis vəziyyətdə idilər. Bu xalqlar ermənilərin özləri haqqında yalandan iddia etdiklərini həqiqətən yaşamışlar, onlar ermənilərdən daha çox itki verdilər.
Zaman-zaman müxtəlif yerlərdə ermənilərə qarşı müşahidə olunan düşmənçilik münasibətlərinə yalnız və yalnız ermənilərin özləri səbəbkardır. Mən məhz osmanlıda ermənilərə qarşı xoş münasibətlərin şahidi oldum.Ermənilər öz dinlərini yaşadıblar, dillərində danışırlar, məktəbləri olub,bir sözlə, hər bir xalqa lazım olan hər cür şəraitdə təmin olunublar. Köç məsələsinə gəlincə,qeyd edim ki, Türkiyənin o zaman yaşadığı ağır şəraitlərə, yəni üç güclü düşmən tərəfindən hücuma məruz qalmasını nəzərə alsaq, demək olar ki, bu köçə bundan artıq yardım göstərmək olmazdı.
Problemi araşdıran tədqiqatçı kimi bunu da deməliyəm ki, problemlə bağlı ermənilərin əsassız olaraq köç iddialarına və bununla ilgili məsələlərə də aydınlıq gətirməyi zəruri hesab edirəm. Köç məsələsinə gəldikdə qeyd etmək lazımdır ki,Türkiyənin həmin zaman kəsiyində yaşadığı ağır şərtlərə yəni üç güclü düşmən tərəfindən hücuma məruz qalmasını nəzərə alsaq, demək olar ki, bu köçə bundan artıq yardım göstərmək olmaz. Buna baxmayaraq, onların Anadoluda qatarda Konyaya,öküz arabalarında Toros dağlarına getdiklərini, Tarsus və Adanada çadır düşərgələrində görmüşəm. Bundan başqa, Hələbdə, Deur-əl-Zor və başqa yerlərdə onlarla rastlaşmışam, Hələbdə bir hotel sahibi olan erməni tanışımla dəfələrlə türklər barədə söhbətimiz olub. O, heç vaxt türklər haqqında pis danışmayıb. Mən bir gün Camal Paşa ilə görüşəsi idim. Həmin erməni tanışımla bu barədə danışdım. O, Camal Paşa haqqında yumşaq və səmimi danışdı.” (91,s.3) . (“Azərbaycan”qəzeti,24 aprel 2007).
Mən hadisələri gözü ilə görən bir şahid kimi erməni köçünü müşahidə edən türk candarma birliklərinin ermənilərə qarşı soyqırımı həyata keçirdiyi iddiasına qətiyyətlə qarşı çıxıram. Gələcəkdə fərqli yerlərdə erməni mövzusuna bir də qayıdacağam, eynən indiki kimi tərəfsiz olacağam. Daha sonra məlum oldu ki, isveçli minbaşı Hyalmar Praviz sonralar daha böyük, geniş həcmli məqalələr yazmış, dünyanın bir neçə kitabxanalarında 1918-ci ilin oktyabrında Stokholmda çap olunan «Fran Persien, Stiltye Osh Storm» kitabının 215-222-ci səhifələrində eyni mövzuya toxunmuşdur. Müəllif haqlı olaraq yazır ki, Türkiyə kimi bir ölkə içində gizlənmiş bu cür insanlara qarşı tədbir görülsə, bunu normal qarşılımaq lazımdır. Ermənilərin türk əsaərəti altında yaşadıqlarını və davamlı olaraq təzyiq gördüklərini iddia edənlərin tamamilə yalan danışdıqlarını söyləyirəm. Əslində, o dövrdə ermənilərdən dəfələrlə pis yaşayan və əsarət altında əziyyət çəkən xalqlar var idi.
Reallıqlar sübut edir ki, zaman-zaman müxtəlif yerlərdə ermənilərə qarşı müşahidə olunan düşmənçilik münasibətlərinə yalnız və yalnız ermənilərin özləri səbəbkardır. Araşdırmaların nəticələri göstərdi ki, ermənilərə qarşı həmişə xoş münasibət olmuş, məhz bu səbəbdən onlar indiyə kimi dinlərini yaşadıblar, dillərində danışırlar, məktəbləri olub, bir sözlə, hər bir xalqa lazım olan hər cür şəraitlə təmin olunublar.
Həcər Verdiyeva
Erməni terroru kürdlərə qarşı
“Erməni məsələsinin” həlli məqsədilə, hakimiyyət nümayəndələrinə qarşı silahlı çıxışların təşkilinə meylini heç vaxt gizlətməmiş “Daşnaksutyün” partiyası Osmanlı imperiyasında bir sıra uğursuz cəhdə əl atdıqdan sonra XIX əsrin sonunda bütün diqqətini Qafqaza yönəltdi. Rusiya imperiyası erməni-qriqorian kilsəsinin əmlakı üzərinə sekvestr qoyduqdan sonra, XX əsrin əvvəllərində daşnaklar artıq Rusiya hökumət nümayəndələrinin, xüsusilə Qafqaz administrasiyasının yüksək vəzifə sahiblərinə qarşı çıxmağa başladılar. Bunun nəticəsində Birinci rus inqilabı ərəfəsində erməni terror dalğası öz pik nöqtəsinə çataraq, Cənubi Qafqazı da keçdi. Bu zaman erməni şovinist dairələri öz çirkin planlarının həyata keçirilməsi üçün xüsusi yaraqlı dəstələr yaradırdılar. Bu dəstələr “Daşnaksutyün” partiyasının I qurultayının 1892-ci ildə qəbul etdiyi qərardan sonra formalaşmağa başladı. Döyüşçü dəstələrin maliyyələşdirilməsi üçün daşnaklar xüsusi maliyyə büdcəsi yaratdılar. Burada həm “Daşnaksutyün” üzvlərinin partiyaya üzvlük haqqı, həm də erməni lobbisinin imkanlı nümayəndələrinin ianələri toplanılırdı. Bakının “qara qızılı” hesabına Rusiya imperiyasının ən varlı sahibkarlarından birinə çevrilən А.Mantaşev daşnakların maliyyələşdirilməsində böyük rol oynayırdı. Arxiv sənədləri göstərir ki, erməni ideoloqlarının heç bir izahı və əsası olmayan iddialarının həyata keçirilməsi üçün maliyyə mənbəyi rolunu öz üzərinə götürən “Erməni milli bankı”nın əsasını 1902-ci ildə Londonda məhz A.Mantaşev qoymuşdu(2, 38arxa).
Daşnak terroru Birinci rus inqilabından sonra da bütün Rusiya ərazisi boyunca həyata keçirilirdi. Təkcə 1907-ci ildə xüsusi məktəblərdə hazırlanmış “Daşnaksutyün” döyüşçüləri tərəfindən 3.060 terror aktı həyata keçirilmişdi. Belə məktəblərdən biri də Bolqarıstanda, Ril monastırında yerləşirdi (8, 42-43). Elə həmin ildə daşnaklar imperator II Nikolaya və imperiyanın hökumət başçısı P.A. Stolıpinə qarşı sui-qəsd hazırlamışdılar. “Daşnaksutyün” partiyasının bu niyyətini onun malik olduğu real qüvvə – sayı 100.000-dək olan – zinvorlar (döyüşçülər) ordusuna sahib olması faktı da izah edə bilər(8, 33). Qeyd etmək lazımdır ki, Birinci rus inqilabı illərində, bu hərbi qüvvənin saxlanması üçün daşnaklar çar əskinasları ilə 10 milyon rubla qədər maliyyə vəsait xərcləmişdilər (8,34).
Mühafizə bölməsinin agentura məlumatlarına əsasən Birinci dünya müharibəsi ərəfəsində “Daşnaksutyün” partiyası çox aktiv şəkildə silahlanmağa davam edir, hətta ABŞ-dan da silah alırdı. Erməni ekstremistləri tərəfindən alınan silahlar Qafqaza müxtəlif marşrutlar üzrə və əsasən Qara dəniz limanlarından gətirilirdi. Bu faktlar, erməni millətçilərinin inqilabdan sonrakı dövrdə hökumət əleyhinə çıxışlara və zorakı aksiyalara çox fəal şəkildə hazırlıq görmələrindən xəbər verir. Onların bu fəaliyyətinin tərkib hissəsi isə Birinci dünya müharibəsi dövründə eybəcər bir forma almış erməni terroru idi.
Birinci dünya müharibəsi erməni terrorizminə yeni təkan verdi. 1914-cü ilin sonu – 1915-ci ilin əvvəllərində Osmanlı imperiyasının Van, Zeytun, Bitlis, Muş əyalətlərində fəaliyyət göstərən erməni quldur birləşmələri, Kiçik Asiyanın bir hissəsinin rus ordusu tərəfindən işğal edilməsindən istifadə edərək və bu işğalın onların planları üçün əlverişli şərait olduğunu hiss edərək, Osmanlı ordusuna qarşı çıxmağa başladılar. Bu çıxışlar nizami ordu ilə uğursuz toqquşmalar xarakteri daşımaqla yanaşı, həm də dinc əhaliyə qarşı cəza aksiyaları ilə, onların kütləvi qətlə yetirilməsi ilə müşayiət olunurdu. Qeyd olunmuş konkret xoronimdə* türklərlə yanaşı, həmçinin burada yaşayan kürdlər də zorakılığa və qətliamlara məruz qalırdı. Rusiya Federasiyasının arxivlərində saxlanılan tarixi sənədlər 1915-ci ilin yanvarında erməni silahlılarının törətdiyi azğın əməllərə şahidlik edir. Bu sənədlərdə ermənilərin kürd kəndlərini talan etdiyi və kürd qadınlarına qarşı zorakılıq törətdikləri göstərilir(12,87).
Regionda erməni özbaşınalığı 1915-ci ilin yazında da davam etdi. Belə ki, infanteriya generalı P.Oqanovskinin fərmanı ilə daşnak S.Tiqranyan Rusiya
*coğrafi məkan
qoşunları tərəfindən işğal edilmiş ərazidə mülki hissə üzrə müdir təyin olunmuşdu. Tutduğu vəzifədən sui – istifadə edərək P.Oqanovski erməni yaraqlı dəstələrinə geniş səlahiyyətlər verir, onları inzibati vəzifələrə təyin edir, “erməni qaçqınlarını kəndlərdə yerləşdirir, onlara kürdləri qarət etmək, mal-qarasını sürüb aparmaq imkanı verirdi”(8, 66).
1915-ci ilin yayında Van əyalətinin rus Qafqaz ordusu tərəfindən işğal olunmasından və zinvorların və zinvorların ideoloqları olan daşnakların tam ixtiyarına verilməsindən sonra, regionda yaranmış ictimai-siyasi vəziyyət yerli əhali üçün dözülməz bir hala çevrilmişdi. Daşnak Aram Manukyanın göstərişi ilə zinvorlar “türklərin və kürdlərin bu əraziləri tərk etməsindən sonra qalan əmlakını talan etmiş, kürdlərə və türklərə məxsus otlaq və zəmilər erməni əhalisinə verilmişdi”(8,67). Sovet ermənişünası А.B.Karinyan Birinci dünya müharibəsi illərində erməni silahlı dəstələrinin vəhşilikləri barədə öz əsərlərində yazır, kürd və türk əhalisinin zinvor dəstələri tərəfindən sistematik qətliamlara məruz qaldığını göstərən faktları vurğulayırdı (10, 65-66).
Erməni yaraqlılarının müsəlman əhalisinə, xüsusilə kürdlərə qarşı zorakılıq əməlləri 1916-cı ildə də davam etməkdə idi. Belə ki, 1916-cı ilin sentyabr ayında Qafqaz ordusunun səhra qərargahı yanında hərbi məhkəmə tərəfindən 3-cü və 4-cü erməni dəstələrinin yaraqlılaqrı “kürd qadın və qızlara zorakılıq tətbiq edərək, 26 qadın və uşağa işgəncələr verərək və ölümcül zərbələr endirərək qəsdən zərər vurmaqda” təqsirləndirilirdilər (12,124).
Kürdlərin Birinci dünya müharibəsi illərində törətdikləri qətliamlar barədə bu dövrdə nəşr olunan “Erməni xəbərləri” adlı ictimai-siyasi həftəlik qəzet də yazırdı. Qeyd etmək lazımdır ki, bu jurnalın səhifələrində “erməni qələmi”dominantlıq edirdi. Erməni zinvorlarının törətdiyi vəhşilik faktları o qədər təkzibedilməz idi ki, hətta bu millətçi qəzetin ermənipərəst redaksiya heyəti də həqiqətin səsini batıra bilməmişdi.Belə ki, “Erməni xəbərləri” qəzetində dərc olunmuş materialların birində aşağıdakı məlumatlara rast gəlmək olar: “Müharibəyə qədər 800 000-dən çox kürdün yaşadığı – Van gölündən cənub və qərb tərəfə, Bitlis-Muş rayonundan, daha sonra Xnıs, Bulanık, Patnots, Manazkert, Ala-Dağıdan və Alaşkertlə birgə Basen və Bayazid – Diadinin rayonlarına qədər uzanan bütün sahə hazırda tamamilə boşdur” (7, 15). Bu fraqment birmənalı olaraq sübut edir ki, Osmanlı imperiyasının Kiçik Asiya regionunun müsəlman əhalisinin yaşadığı demoqrafik kollapsın səbəbkarı məhz erməni yaraqlılarıdır.Onların Şərqi Anadolu əhalisinə – türklərə və kürdlərə qarşı törətdiyi soyqırım nəticəsində, artıq 1916-cı ilin yazında bu məkandan Cənubi Qafqaza müsəlman qaçqınların axını müşahidə olundu. Onların Azərbaycan Respublikası Dövlət Tarix Arxivində aşkar etdiyimiz qeyri – dolğun siyahıları bu faciənin böyük miqyasından xəbər verir (4, 62, 63, 86-90, 96, 96 arxa).
Erməni terroru Osmanlı imperiyasının Kiçik Asiya regionunda törədilən cinayətlərlə məhdudlaşmadı. “Böyük Ermənistan” əfsanəsini Şərqi Anadoluda həyata keçirməyə nail ola bilməyən erməni şovinistləri Azərbaycan xalqına qarşı soyqırım və terror törətmək taktikasına keçdilər. Qeyri-dəqiq hesablamalara əsasən təkcə Bakı quberniyasında 1918-ci ilin yazında 40 mindən çox azərbaycanlı erməni millətçiləri tərəfindən qətlə yetirilmişdilər. Demoqrafik kollapsa səbəb olmuş total şəkildə aparılan erməni terroru sonrakı dövrlərdə də davam etmişdi.Həmin ilin payızında erməni silahlı dəstələri 1897-ci ildə aparılan Rusiya ümumi siyahıyaalma məlumatlarına əsasən 314 müsəlman kəndinin qeydə alındığı Zəngəzurda 115 Azərbaycan kəndində qırğınlar törətmişdilər (5,127-128;6,18). Yelizavetpol quberniyasında 69 kürd kəndinin qeydə alındığını (9, 162) və onların bir hissəsinin Zəngəzur mahalında məskunlaşdığını nəzərə alsaq, belə bir reallığı göstərə bilərik ki, XIX ərin sonundan etibarən erməni terror hərəkatında aktiv iştirak etmiş və 1918-ci ilin payızında Zəngəzurda törədilən qırğın zamanı xüsusi “fərqlənmiş” məşhur terrorçu Andranikin dəstəsi kürd kəndlərini də qırğınlara məruz qoymuşdu.
Bu məsələni araşdıran tədqiqatçılar ötən əsrin birinci yarısında İrəvan torpaqlarında baş verən erməni terrorunun dəhşətli nəticələrini diqqətə çatdıraraq, göstərmişlər ki, erməni milətçiləri bu məkanın əhalisini – Azərbaycan türkləri və kürdləri fiziki cəhətdən məhv etmişlər. XX əsrin 20-30-cu illərində müxbir kimi fəaliyyət göstərən erməni tədqiqatçısı Anait Lalayan öz əsərlərində faktiki materiallara istinad edərək, 1918-1920-ci illərdə Azərbaycan türkləri ilə yanaşı, həmçinin kürdlərin də erməni terrorizminə məruz qaldığını bildirmişdir. А.Lalayan “müsəlmanlar– düşmənlərimizdir” şüarı altında Azərbaycan torpaqlarında daşnak hökumətinin “azərbaycanlı və kürd kəndlərini bombardman edərək, müsəlman əhalisini məhv etdiyini” yazmışdır. Müəllif erməni quldurları tərəfindən törədilmiş soyqırımı nəticəsində, bu illərdə İrəvan bölgəsində müsəlman kürdlərin 98%-nin və yezidi kürdlərinin 40%-nin qətlə yetirildiyini vurğulamışdır (11,99).
Bizim hesablamalarımıza əsasən, əgər 1916-cı ildə İrəvan quberniyasında 43.784 müsəlman kürd və 17.219 yezidi kürdü yaşayırdısa(9, 249), 1920-ci ildə soyqırımı nəticəsində yuxarıda göstərilən Anait Lalayanın verdiyi məlumatı nəzərə alsaq bu dövrdə müsəlman kürdlər təxminən 43 min, yezidi kürdləri isə təxminən 7 min insan itirmişdi. Bu faktlar Azərbaycan türkləri ilə yanaşı, həm də kürdlərə qarşı erməni vandalları tərəfindən törədilmiş erməni terrorunun dəhşətli nəticələrini birmənalı şəkildə diqqətə çatdırır. 1918-1920-ci illərdə daşnak hökuməti İrəvan bölgəsində ümumilikdə 300 müsəlman kəndini məhv etmişdi. Bu vəhşi qətliamdan yalnız Uluxanlı kəndi və Azərbaycan şəhəri olan İrəvanın müsəlman təbəqəsinin cüzi bir hissəsi — 300 ailə xilas ola bilmişdi (3, 19).
Erməni millətçi şovinizminin ideoloqları artıq bir əsrdən çoxdur ki, Aralıq dənizindən Qafqaza qədər olan geniş ərazilərə bədbəxtlik və ölüm gətirir. Bu regionda yaşayan insanlar – müsəlmanlar, xristianlar və iudeylər də həmçinin öz təcrübələrində erməni vandalizminin şahidi olmuşlar. Bu acı aqibəti ХIХ əsrin 90-cı illərindən başlayaraq erməni millətçiləri tərəfindən zorakılığa məruz qalan, şər və zülmət yayan erməni terrorçularının cinayətkar əməllərindən əziyyət çəkən kürdlər də yaşamışlar. Belə ki, yenidənqurma illərində⃰ uydurma “Dağlıq Qarabağ” probleminə qayıdan erməni millətçiləri, 1988-ci ilin noyabrında daşnak alqoritmlərini əsas götürərək İrəvan torpaqlarında “etnik təmizləmə” həyata keçirdilər.Bu zamanı say 1000 nəfərdən çox olmayan ruslar da Ermənistan SSR-dən çıxarıldılar(1,135). Kürdlərin böyük bir qismi də bu dövrdə bütün Azərbaycan türkləri kimi Ermənistan SSR– dən qovuldu. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə SSRİ-nin dağılmasına qədər Ermənistan SSR-dən təxminən 18 min kürd Azərbaycan SSR-ə üz tutmuşdu(1, 135). Beləliklə,