355 500 произведений, 25 200 авторов.

Электронная библиотека книг » Akif Nagi » “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17 » Текст книги (страница 7)
“QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17
  • Текст добавлен: 22 мая 2018, 17:00

Текст книги "“QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17"


Автор книги: Akif Nagi


Жанры:

   

История

,

сообщить о нарушении

Текущая страница: 7 (всего у книги 23 страниц)

Böylece, Menşeviklerin Tiflis`te Bolşevik kuvvetlerin askeri malzemesini almasından bir ay sonra Gence`deki Müslümanlar da Gence`deki Bolşevik yanlısı Rus garnizonunu silahsızlandırmış ve dağıtmıştı. Artıq Gence`de Rus askeri kalmamış ve Milli Komite her şeye hakim olmuştu. Şehirde polis kazalarda ise jandarma teşkilatı Milli Komitenin emrindeydi. Azınlık Rus ve Ermenilerin hayatları da emniyete alınmıştı[57]5.

1918. Mayis`te Güney Kafkasya`da üç yeni devlet ortaya çıktı. Gürcüstan`ın başkendi Tiflis, Ermenistan`ın başkendi Erivan ve Azerbaycan`ın başkeni Bakü olacaktı. Fakat Bakü şehri bolşeviklerin elinde bulunuyordu. Bundan dolayı “Mustakil Azerbaycan”ın başkenti geçici olarak Gence oldu.

1918. Mayis`te Güney Kafkasya`da üç yeni devlet ortaya çıktı. Gürcüstan`ın başkendi Tiflis, Ermenistan`ın başkendi Erivan ve Azerbaycan`ın başkeni Bakü olacaktı. Fakat Bakü şehri bolşeviklerin elinde bulunuyordu. Bundan dolayı “Mustakil Azerbaycan”ın başkenti geçici olarak Gence oldu.

Bake şehrini işgaldan azat etmek için Osmanlı Devleti`nin Harbiye naziri ve Başkomutan Vekili Enver Paşa`dan 22 Mart 1918 tarihli talimatla Kafkas İslam Ordusu Komutanı Nuri Paşa, hiç vait kaybetmeden yola çıkmış ve yanındaki 20 kadar subayla beraber 25 mart 1918`de Musul`a varmıştır. Pesva, Savucbulak, Tebriz ve Alacuca yoluyla Azerbaycan`ın Zengezur bölgesine varmıştır. Bu sırada Azerbaycan zor anlar yaşıyordu. Türkiye cephesinden çekilen Rus birlikleri yerlerini silah ve cephaneleriyle Ermeni ve Gürcülere terk etmişlerdi. Yalnız Gence batısında bulunan Zeyem mıntıkası Türk köyleri ve Gence ahalisi silahlanmıştı. Bunların silahları Şemkir`de demiryolunu keserek cepheden çekilmekte olan birkaç rus alayından zorla alınmıştı. Karabağ ve Gence civarında müslümanlar oldukca kuvvetli bulunduklarından ermenilere karşı güçlü mükavimet ediyorlardı.

Kafkas İslam Ordusu Azerbaycan Türkleri ile beraber 15 Eylül 1918 saat 09:00`da Bakü`ye girmeye muvaffak olan Fehmi bey komutasındaki, 56.Piyade Alayı övgüye deger kahramanlık göstermiştir. Aylardan beri devam eden kanlı ve çetin müharebelerin son kısmını teşkil eden 36 saatlık şiddetli muharebeden sonra Baü zabt edildi. Şark Orduları Grubu Komutanı Halil Paşa ile Kafkas İslam Ordusu Komutanı Nuri Paşa, 16 Eylül 1918 saat 10:00.da Bakü`ye girmeden evvel kahraman 5.Kafkas ve 15.Piyade Tümenlerini denetlediler ve tümenler bir geçit resmi yaptılar.

Havva Məmmədova

Qarabağ General Qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi

(Xosrov bəy Sultanovun 15-16-17 fevral müşavirəsi)

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət orqanlarının fəaliyyətində ölkənin ərazi bütövlüyünün qorunması mühüm yer tutmuşdur. Həm şimaldan, həmdə Ermənistandan güclənməkdə olan təhlükə ilə bağlı olaraq dövlətin kifayət qədər möhkəmlənmədiyi və iqtisadiyyyatın hələdə geniş inkişafa malik olmadığı bir şəraitdə ölkənin ərazi bütövlüyünə qarşı yaranmış təhlükənin aradan qaldırılması asan olmasa da, bu istiqamətdə xeyli işlər görülmüşdür. Qarabağda və Ermənistanla sərhəd bölgələrdə baş verən qırğınların qarşısını almaq üçün tədbirlər həyata keçirilirdi. Azərbaycan dövləti Qarabağda olan hərbi qüvvələri möhkəmləndirməklə yanaşı, həm də bu bölgədə Azərbaycanın səlahiyyətlərinin qorunmasına yönəldilmiş daxili və xarıcı siyasət aparırdı.

1918-1920-ci illərdə Qarabağda erməni təcavüzünə qarşı Cümhuriyyət orqanlarının apardığı mübarızə Azərbaycan tarıxının ən yeni dövrünün maraqlı səhifələrindən birini təşkil edir.Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında, Qarabağda erməni separatizmin ləğv edilməsində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri, cəsur sərklərdə Xosrov bəy Sultanovun böyük xidmətləri olmuşdur.

Xosrov bəy Sultanov haqqında çox yazılıb, çox danışılıb, tədqiqat obyekti kimi araşdırılıb. Keçmə-keşli bir həyat yaşamışdır.Lakin onun faəliyyəti və qəhrəmanlığı haqqında nə qədər danışılsada, hesab edirəm ki, bu səpkidə mövzuları davam etdirməyə ehtiyac vardır.

Məqsəd 1918-ci ildə Azərbaycan öz müstəqilliyininə nail olduğu bir zamanda, Xosrov bəy Sultanovun həyat və faliyyəti, onun yaşadığı keçmə-keşli həyatı, xalq arasındakı nüfuzu, Qarabağda erməni qırğınlarının qarşısını almaq üçün, onun Qarabağın general Qubernatoru kimi fəaliyyətə başlaması haqqında söz açıb bu günki gəncliyimizə catdırmaqdır.

Xosrov bəy Sultanov  1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır.1918 -ci ilin  28 mayında  Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.

Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra qarşıda duran ən əsas məsələlərdən biri Ermənistanla mübahisəli məsələləri dinc yolla nizama salmaq məsələsi idi. Lakin Azərbaycanın Ermənistanla mübahisəli ərazi məsələlərini dinc yolla nizama salmaq cəhdi müsbət nəticə vermədi. Ermənilərin bölgədə möhkəmlənməsi təhlükəli xarakter almışdı. Belə vəziyyət Azərbaycan hökumətini daha ciddi tədbirlər görmək zərurəti qarşısında qoymuşdu. Bu sahədə görülən tədbirlər arasında Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasını təmin etmək məqsədilə Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubernatorluğunun yaradılması xüsusi olaraq qeyd olunmalıdır.

Azərbaycan hökumətinin 1919-cu il yanvarın 15-də keçirilən iclasında Qarabağda vəziyyət haqqında daxili işlər naziri X.Xasməmmədovun məruzəsi dinlənilmişdir. Azərbaycan hökumətinin qərarlar jurnalından aydın olur ki, həmin iclasda aşağıdakı qərar (Daxili İşlər Nazirliyinə göndərilən 1919-cu il 15 yanvar tarixli, 359 saylı çıxarış) qəbul edilmişdir:

"Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları hüdudlarında – məruzədə göstərilən hüquq və vəzifələrlə müvəqqəti general– qubernator vəzifəsi təsis olunsun; Daxili İşlər Nazirliyinə tapşırılsın ki, hökumətin növbəti iclasınadək general-qubernator vəzifəsinə namizəd göstərsin və onun sərəncamına nə qədər məbləğdə vəsait buraxılmasının zəruriliyi barədə öz mülahizələrini təqdim etsin" (1, N 12, 1919).

Adı çəkilən qazalarda general qubernatorluğun yaradılmasının vacibliyi aşağıdakı amillələrlə izah olunurdu.

Birinci, Zəngəzur, Şuşa və qonşu qəzaların dağlıq hissələrində məskunlaşan ermənilər Rusiyadakı Fevral çevrilişi və Transqafqaz hökumətinin formalaşdığı vaxtdan etibarən daşnak təşviqatçılarının təsiri ilə təcrid olunmağa və özlərinin xüsusi inzibati vahidlərini (quberniyalarını) yaratmağa cəhdlər göstərməyə başlamışdılar. Bu zəmində də hökumətə itaətsizlik halları çoxalmış, bölgələrin müsəlman əhalisinə qarşı zorakılıqlar baş vermişdi.

İkinci, Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonra bölgələrdə yaşayan ermənilərin separatçılıq meylləri daşnak təbliğatının qüvvətlənməsi, daxildəki və xaricdəki bəzi qüvvələrin fəal yardımı hesabına daha da məqsədyönlü (Azərbaycandan ayrılaraq Ermənistana birləşmək) xarakter almışdır. Yeni yaranmış Azərbaycan hökuməti çoxlu ağır və kəskin probləmlərlə qarşılaşdığından, hələlik yalnız mərkəzdə öz dövlətçiliyini möhkəmləndirməyə imkan tapdığından, kifayət qədər hərbi qüvvəyə malik olmadığından, bir sıra regionlarla hərtərəfli əlaqələr saxlamağın qeyri-mümkünlüyü və s. ucbatından Zəngəzurda və onunla qonşu qəzalarda erməni separatçı hərəkatının qarşısını almaqda çətinlik çəkir.

Üçüncü, həmin bölgələri Azərbaycandan qopararaq Ermənistana birləşdirmək ideyasını açıq elan edən Andranikin hərbi hissələrinin bu yerlərə soxulması vəziyyəti daha da kəskinləşdirmişdir. Bu məqsədlə yerli ermənilər tərəfindən də silahlı dəstələr yaradılmış, onların azərbaycanlıların kəndlərinə basqınları çoxalmışdı. Nəticədə həmin ərazilərdə 150-dən çox Azərbaycan kəndi dağıdılmış, əhalinin çox hissəsi isə qonşu mahallara və hətta İrana üz tutmuşdur.

Dördüncü, yerli idarə orqanlarının nümayəndələri nə qədər təcrübəli olsalar da, ermənilərin ciddi hərəkatı ilə əlaqədar məsələlərdə və hadisələrdə sərbəst xətt yeritmək səviyyəsində deyildilər. Onların fəaliyyətinə fasiləsiz rəhbərlik və nəzarət edilməsinə ehtiyac duyulur. Qanuna görə bu iş Gəncə qubernatorunun səlahiyyətinə aid idi. Lakin baş verən hadisələr yerlərdə yerli idarə orqanlarının təcili tədbirlər görülməsini tələb etdiyi halda, qubernatorla əlaqə yaradılması nəinki xeyli vaxt aparır, hətta lazımı şərait olmadığından çətinlik yaranırdı. Deməli, yerlərdə xüsusi səlahiyyətləri olan və Mərkəz Azərbaycan hökumətindən bilavasitə zəruri göstərişlər ala biləcək xüsusi ali hakimiyyətin təşkili şəksiz zəruriyyət təşkil edirdi .(2,s.113).

Belə bir nəticəyə gəlmək olar ki, məruzədə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üçün mərkəzi Şuşa şəhəri olmaqla müvəqqəti general-qubernator vəzifəsi yaradılması zəruri hesab edilir. Əsas məsələ general-qubernatora mövcud qanunvericiliyə müvafiq hüquqlar və səlahiyyətlər verilməsi, məhkəmə və dövlət nəzarəti nümayəndələrindən savayı, qəzalardakı bütün idarələrin və vəzifəli şəxslərin ona tabe etdirilməsi qeyd olunurdu.

Müəyyən məsləhətləşmələrdən sonra Azərbaycan hökumətinin 1919-cu il yanvarın 29-dakı iclasında "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-nin məruzəsi" dinlənildi və aşağıdakı qərar qəbul edildi.

a) X.Sultanovun general-qubernator təyin edilməsi;

b) Nazirliyin 20 milyon manatlıq fondundan general-qubernatorluğun ehtiyacları üçün 5 milyon manat ayrılması;

v) Həmin məbləğdən 1 mil. manatın general-qubernatorun sərəncamına indi buraxılması, ondan isə 728 min 300 manatın qubernatorluğun ştatının saxlanması, 600 nəfərlik suvarı dəstənin təşkili və bir ay müddətində təmin olunmasına, 271 min 700 manatın isə gözlənilməz, təcili tədbirlərə xərclənməsi;

q) Yuxarıda qeyd olunan dəstənin sayının 3000 nəfərə çatdırılmasının mümkünlüyünü etiraf etməklə, bunun hökumətin xüsusi göstərişi ilə həyata keçirilməsi"(3, s.114).

Şuşaya gələn kimi Xosrov bəy Sultanov Qarabağ torpağını erməni quldur dəstələrindən azad etmək üçün gərgin fəaliyyətə başladı. O, 1919-cu il fevralın 12-də Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciət edərək onlara general-qubernatorluğun yaradılması səbəblərini izah etmişdir. Müraciətdə deyilirdi ki, Azərbaycan hökumətinin yanvar ayında verdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzaları xüsusi general-qubernatorluğa daxil edilmişdir. Bu fövqəladə tədbir onunla izah olunur ki, "Azərbaycanın ən gözəl güşələrindən olan dörd qəza bir ildən artıqdır ki, hərc-mərcliyin içindədir. Erməni quldurlarının rəhbərliyi altında silahlı dəstələr öz şəxsi iddialarını həyata keçirmək üçün kəndləri yandırır, əhalini məhv edir, minlərlə qadın və uşağı qaçqınlığa məruz qoyur. Bütün bunları nəzərə alaraq hökumət adları çəkilən dörd qəzada general-qubernatorluq yaratmağı nəzərə almışdır. Öz həyatını xalqına həsr etmiş bir ictimai xadim kimi mən bildirirəm ki, millətindən asılı olmayaraq qanunçuluğa və ədalətə ciddi əməl edəcəyəm və bildirirəm ki, general-qubernatorluğun rayonlarında yeganə hökumət – Azərbaycan hökumətinin hakimiyyətidir və hamı məcburi şəkildə ona tabe olmalıdır. Hər hansı bir şəkildə qayda-qanunun pozulması, hərc-mərcliyə gətirib çıxarmış hərəkət general-qubernatorluğun qanunları ilə ciddi şəkildə cəzalandırılacaq. Qanun qarşısında hamı bərabərdir(4,v. 13).

Xosrov bəy Sultanov Şuşada, Qarabağda və Zəngəzurda vəziyyətlə hərtərəfli tanış olmaq üçün ingilis, Azərbaycan və erməni nümayəndələrinin iştirakı ilə bir neçə rəsmi müşavirə keçirdi.

İlk müşavirə 1919-cu il fevralın 15-də keçirilmiş və aşağıdakı məsələlər müzakirə edilmişdir: Erməni-Azərbaycan münaqişəsi, erməni qaçqınlarının müvəqqəti məskunlaşdırılması və köç məsələsi;Milis orqanlarının fəaliyyətinin gücləndirilməsi və at-araba mükələfiyyəti.Ərzaq məsələləri,əkin və bağ sahələrinin genişləndirilməsi;Müsəlman qaçqınlarının öz yerlərinə qaytarılması;Tibbi işlər;Məktəb işləri;Çağırışçılar məsələsi;Poçt və teleqraf;Cari məsələlər.(5, v.11).

Müşavirədə çıxış edən Xosrov bəy Sultanov bildirmişdir ki, müşavirəni çağırmaqda məqsəd, onun iştirakçılarını ölkədə olan vəziyyətlə tanış etmək, müvafiq tədbirlər görməklə normal həyat tərzini bərpa etməkdən və həmçinin ahəngdar, planlı iş sistemi yaratmaqdan ibarətdir.

İclasda çıxış edən Cavanşir qəza rəisi Bəhram bəy Məlik Abbasov bildirmişdir ki, hələlik sakitlikdir, lakin "millət təəssübkeşləri" əhali içərisinə narazılıq salırlar. Onun verdiyi məlumata görə qəzada 48 erməni kəndi və 277 azərbaycanlı kəndi var. Əhalinin nisbəti isə belə imiş: 24607 nəfər erməni və 48064 nəfər azərbaycanlı. Onun dediyinə görə son məlumatda azərbaycanlıların sayının 63000 nəfər olduğu müəyyən edilmişdir.

Qəza rəisi aşağıdakıları təklif etmişdir: 1) Andranikin və onun hərbi dəstələrinin Qarabağdan çıxarılması, 2) Azərbaycanın dövlət hakimiyyətini qəbul edən kasıb erməni əhalisinə ərzaqla yardım göstərilməsi, 3) Münaqişədə olan kəndlər arasında polis gözətçi məntəqələri yaradılması, 4) Araqarışdıran erməniləri əhali özü kənddən çıxarsın.

Zəngəzurun qəza rəisi Camal bəy Sultanov çıxışında demişdir ki, Andranik Ararat respublikasından xüsusi göstəriş alır, ingilis nümayəndəliyi isə ona hərbi yardım göstərir və ona bu məqsədlə iki milyon manat pul vermişdir. O, qeyd etmişdi ki, Zəngəzur qəzasında 166 Azərbaycan kəndi dağıdılmışdır. Burada 37000 azərbaycanlı yaşayırdı. Qaçqınlıq zamanı azərbaycanlıların 30 faizi var-dövlətini itirmişdir və dağılmış Azərbaycan kəndlərində ermənilər yaşayırlar. Dörd kənd isə ermənilərin hakimiyyəti altındadır. Qəza rəisi daha sonra aşağıdakı faktları açıqlamışdır:1-ci sahədə 20 kənd ermənilər tərəfindən yandırılıb. Bunu ingilis missiyasının mayoru Qibbon da təsdiq etmişdir. Zəngəzurdan didərgin düşmüş Azərbaycan qaçqınları özlərinə məxsus əmlaklarının böyük hissəsini itirmişlər.Andranikin dəstəsində 400-500 adam vardır. O, istəsə ingilislərin icazəsi ilə səfərbərlik elan edə bilər.Bu təkliflərə əlavə olaraq B.M.Abbasov bildirmişdir ki, Zəngəzur xəznədarında 400 atlı və 600 piyada qoşununa hazırlıq görür. Onun qoşunu Qatar zavodunda yerləşir.Andranikin Ararat Respublikası ilə əlaqəsi Sisyan vasitəsi ilə həyata keçirilir(6, v.12).

Göründüyü kimi, Azərbaycan hökuməti hadisələrə obyektiv yanaşmış, milli ədavəti dinc yolla nizama salmağa çalışmış, erməni və azərbaycanlı qaçqınlarına münasibətdə heç bir fərq qoymamışdır. Lakin ingilislərin ikiüzlü siyasəti üzə çıxmışdır. Andranikə və onun quldur dəstəsinə qarşı ciddi tədbirlər görülməsi ön plana çəkilmişdir.

Şuşa qəza rəisi Abış bəy Qalabəyov çıxış edərək bildirmişdir ki, ikinci azərbaycanlı alayı Şuşa qalasına gələndən sonra vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişmişdir. Lakin ingilislər bu alayın gəlməsindən narazı qalmışlar. Qorxuya düşmüş ermənilər ayrı-ayrı yerlərdə iclaslar keçirirlər. Əgər ermənilər əvvəlcə müstəqil Qarabağ dövləti yaratmaq uğrunda mübarizə aparırdılarsa, indi Qarabağı Ermənistana birləşdirmək istəyirlər. Hətta onlar bu məqsədlə Ararat respublikasına göndərilmək üçün nümayəndə heyəti də seçmişlər.

O, demişdir ki, Şuşa qəzasının erməni başçıları gələcəkdə də Ermənistandan və Rusiyadan aldıqları maddi yardımla Qarabağ uğrunda mübarizəni davam etdirməyi planlaşdırmışlar. Buna görə də qəza rəisi aşağıdakıları təklif etmişdir:Şuşa qəzasında araqarışdıran Sokrat bəy və onun əlaltıları qəzadan çıxarılsın; Azərbaycanın Dövlət hakimiyyətini tanımayan erməni məmurlarına əmək haqqı verilməsi dayandırılsın; Şuşa şəhərinin erməni başçıları işləmədiyi üçün onların öz vəzifələrindən azad edilməsi məsələsi qaldırılsın (7, v.12). Bu axırıncı təklifə əlavə olaraq çıxış edən Kərim ağa Mehmandarov Şuşa şəhər idarəsinin yarıtmaz olduğunu qeyd etmiş və bildirmişdir ki, mən bu məsələni Bakı şəhər duması qarşısında qaldırmışam. Lakin yaxın gələcəkdə bələdiyyə seçkiləri keçiriləcəyi nəzərə alınaraq seçkilərə qədər bu məsələnin müzakirəsini təxirə saldılar.

Məruzədən belə məlum olur ki, Yuxarı Qarabağ məsələsini qaldıran yerli ermənilər deyil, əslində Ermənistan Respublikası və Daşnaksütun partiyasının buradakı emissarları olmuşdur. Həmçinin, məruzədə bu fikir də təsdiq olunur ki, Azərbaycan hökuməti az da olsa ciddi bir tədbir görən kimi ermənilər öz taktikalarını dəyişməyə məcbur olurlar, ingilislərin və Rusiyanın köməyinə üz döndərirlər.

Cəbrayıl qəzasından gələn nümayəndə öz çıxışında bildirmişdir ki, 28 kəndin 3-də ermənilər yaşayır. Burada da erməni-Azərbaycan münasibətləri gərgin vəziyyətdədir. Erməni kəndlərinin nümayəndəsi Artyom Lalayev və Cəbrayıl qəza rəisinin müavini Hacıbəyov bu gərgin münasibəti aradan qaldırmaq üçün görüşüb söhbət aparmışlar. Lakin bununla belə, Arakel kəndinin erməniləri azərbaycanlıların daha çox toplaşdığı bazara xaincəsinə hücum etmişlər. Çıxış edən nümayəndə axırda Andranikin və onun qaniçən quldur dəstəsinin Zəngəzur bölgəsindən çıxarılması təklifini irəli sürmüşdür. Müşavirədə öz ev-eşiyini tərk etmiş qaçqınları zəruri ərzaqla təmin etmək və erməni-Azərbaycan münasibətlərini dinc yolla nizama salmaq üçün əhali içərisində təbliğat işinin gücləndirilməsi məsələləri də müzakirə edilmişdir.

Xosrov bəy Sultanovun yanında keçirilən müşavirədə qarın yatalağı xəstəliyinə tutulmuş erməni qaçqınları üçün münasib binanın ayrılması haqqında məsələyə toxunularaq, bildirmişdir ki, hələlik xəstələr öz əvvəlki yerlərində qalsınlar, ermənilərin və ingilis missiyasının nümayəndələri ilə birgə müşavirə keçiriləndən sonra həmin xəstələr müvafiq yerlərə köçürüləcəkdir. (8, v.13).

Qısa fasilədən sonra yenə həmin gün general-qubernatorun yanında müşavirə öz işini davam etdirmişdi. Bu müşavirə öz tərkibinə görə daha geniş idi. Müşavirədə Xalq Səhiyyə Nazirliyinin nümayəndəsi C.Lənbaranski, Ərzaq Nazirliyinin nümayəndəsi Selezniyov, Poçt və Teleqraf Nazirliyinin nümayəndəsi Şapalov çıxış etmişdilər. Axundov çıxış edib bildirmişdir ki, ərzaq hazırlığı və ərzağın paylanması general-qubernatorun səlahiyyətinə aiddir.

Xosrov bəy Sultanov bildirmişdir ki, əhalini taxılla təmin etmək üçün yerinə yetirilməsi mümkün olan real təkliflər versinlər. Şuşa qəza rəisi çıxış edərək demişdir ki, ermənilərin yaşadığı yerlərdə taxıl təchizatı normaldır. Azərbaycanlıların yaşadığı Xıdırlı və Gülablı kəndlərində isə quraqlıq olduğundan çörək təchizatı pisdir. Bu kəndlərdə yalnız bir aylıq taxıl ehtiyatı var.

Cavanşir qəza rəisi çıxışında bildirmişdi ki, qənaət olsa, taxıl ehtiyatı çatar. Bu qəzaya lazım olan sənaye və çox işlənən mallar gətirilməlidir. Müşavirədə bildirilmişdir ki, Zəngəzur və Şərur-Dərələyəz qəzalarında maldarlıqla məşğul olan 17 min əhalini taxılla təmin etmək lazımdır. Qeyd olunmuşdu ki, bölgənin əhalisini taxılla təmin etmək üçün əkin sahələrini genişləndirmək lazımdır. Belə ki, məlum hadisələr zamanı əkin sahələri 50 faiz azalmışdır.

Müşavirədə daha sonra taxıl, sənaye və çoxişlənən malların qiymətləri məsələləri müzakirə edilmiş və onların həll edilməsi üçün qəza rəislərinə göstərişlər verilmişdir. Cavanşir qəza rəisinə tapşırılmışdır ki, Tərtər çayından ayrılan su kanallarının normal işləməsini təmin etsin. Sonra Şuşa qəza rəisi at-araba mükələfiyyəti haqqında çıxış etmişdir. Müşavirədə qərara alınmışdır ki, əlavə yük avtomaşınları alınsın və digər nəqliyyat vasitələri səfərbərliyə alınsın. Əhalinin yoxsul vəziyyətdə yaşayan hissəsi bu mükələfiyyətdən azad edilsin.(9, v.14).

İkinci iclasın gündəliyinə salınan bir sıra məsələlər – poçt-teleqraf xətlərinin çəkilməsi, yaşayış binalarının və Şuşadakı xəstəxananın təmiri və sair vəsaitin çatışmamasına görə onların həlli müəyyən vaxta qədər təxirə salınmışdır.

Əsas məsələlərdən biri də orduya çağırış və ordunun təşkil edilməsi idi. Ona görə təklif olundu ki, hər bir yaşayış məntəqəsində xüsusi icma komissiya yaradılsın və ona nəzarət gücləndirilsin.

1919-cu il fevralın 16-da Xosrov bəy Sultanovun yanında növbəti müşavirə keçirilmişdir. Burada əsasən məktəb məsələsi müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Qarabağ və Zəngəzurda erməni-azərbaycan münaqişəsi zamanı onsuz da sayca az olan məktəblər dağılmış və müəllimlər öz yerlərini tərk etmişlər. Müşavirədə Səhiyyə nazirinin nümayəndəsi C.Lənbaranski demişdir ki, Səhiyyə naziri Gendes respublikada yoluxucu və yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər görməyə başlamışdır. General-qubernator Şuşada 100 çarpayılıq xəstəxananın tikilməsi və lazım olan tibbi avadanlığın alınması və həkimlərə maaş verilməsi üçün vəsait ayrılmışdır. Lakin Xosrov bəy bildirmişdir ki, Qarabağ əhalisinə tibbi xidmət göstərmək üçün böyük bir xəstəxananı təkcə Şuşada yox, həm də əlverişli coğrafi mövqeyə malik olan Ağdamda da açmaq lazımdır. Bizim hazırladığımız lahiyəyə görə bütün qəzalarda xəstəxanalar açılmalıdır(10, v.18).

Zəngəzur qəza rəisinin nümayəndəsi C.Sultanov çıxışında demişdir ki, doktor Paroyans xəstəxananı öz avadanlığı ilə birlikdə Zəngilandan erməni rayonlarına aparmışdır. Buna görə azərbaycanlılar tibbi xidmətdən məhrum olmuşlar.

Doktor K.Mehmandarov bildirmişdir ki, Azərbaycan xalqının tibbi xidmətə daha böyük ehtiyacı var. Buna görə də Şuşada nəinki mahal xəstəxanası, həm də feldşer-mama kursu təşkil etmək lazımdır. Burada hazırlanan feldşer-mamalar Qarabağın bütün qəzaları üçün lazım olacaqdır. O, əlavə olaraq demişdi ki, Zəngəzur qəzasında geniş şəbəkəli tibbi məntəqələr açmaq lazımdır.

Bu müşavirədə çıxış edən Sosial-Təminat Nazirliyinin nümayəndəsi və doktor Ağayev də general-qubernator X.B.Sultanovun təklifini müdafiə etmişdilər. Yekunda belə qərara gəlinmişdi ki, vilayət xəstəxanası üçün ayrılmış 100 çarpayıdan 30-u Şuşaya, qalanı Ağdama və Zəngəzur qəzasına verilsin. Qəzada olan köçəri maldarlara tibbi xidmət göstərilməsi də nəzərə alınmışdır (11, v.19-20).

17 fevral 1919-cu ildə general-qubernator X.B.Sultanov Şuşaya gələn ingilis missiyasının kapitanı Seraylini qəbul etmiş və bu münasibətlə əvvəlki tərkibdə geniş müşavirə çağırmışdır.General-qubernator aşağıdakı məsələləri müzakirəyə vermişdir:Böyük Britaniya təminatının 4-cü maddəsinə uyğun olaraq general Andranikin dəstəsinin tərk-silah edilməsi və Qarabağdan çıxarılması; Həmin təminatın 1-ci maddəsinə əsasən qaçqınların öz əvvəlki yerlərinə qaytarılması; Ağdam, Şuşa və Qaryagin yollarının gediş-gəliş üçün açılması; Mayor Qibbonun tələbi ilə ona xəzinədən pul ayrılması.

Birinci məsələ ilə əlaqədar olaraq ingilis missiyası işə başlamış və bu məqsədlə öz nümayəndəsini Gorusa göndərmişdir.

İkinci məsələ ilə bağlı aşağıdakı qərar qəbul edilmişdir: Qaçqınların hamısı bir yerdə cəmləşdirilsin. Ona görə ki, Qaçqınların çoxu yatalaq xəstəliyinə tutulmuşdur; Qış olduğundan binaların çoxu yaşamaq üçün yararsızdır; Həm də qaçqınları öz əvvəlki yerlərinə çatdırmaq üçün yollar boyunca ərzaq məntəqələri təşkil etmək lazımdır.

Üçüncü məsələyə gəlincə Ağdam, Şuşa və Qaryagin yollarının açılmasını ingilis missiyası öz üzərinə götürürdür.

Dördüncü məsələyə gəldikdə Xosrov bəy Sultanov təklif etmişdir ki, bu tələb Azərbaycan hökuməti xəzinəyə pul köçürüldükdən sonra yerinə yetirilə bilər.

1919-cu il fevralın 25-də X.B.Sultanovun yanında keçirilmiş müşavirənin protokolundan aydın olur ki, general-qubernator vurğulamışdır ki, milli məsələdə xüsusi incəlik, səbr və sayıqlıq göstərmək lazımdır. Bu yolla dövlətin nüfuzunu qaldırmaq və digər məsələləri də həll etmək olar. Bu müşavirədə Şuşa şəhər məktəbinin müfəttişləri və şəhər ermənilərinin nümayəndələri də iştirak edirdilər. Müşavirədə çıxış edən ermənilər bildirmişlər ki, daşnak terrorçuları onları qorxudur və xüsusi göstərişlər verirlər. Belə olduqda X.B.Sultanov İngilis nümayəndələrinin iştirakı ilə yığıncaq çağırıb onlardan xahiş etmişdi ki, vəziyyəti olduğu kimi Tomsona çatdırsınlar. X.B.Sultanov ingilislərlə birlikdə şəhərdəki müəssisə və idarələrin vəziyyəti ilə tanış olmuşdur. Tomsonun göstərişi ilə mayor Mak-Mezonun göndərdiyi iki nümayəndə Şuşadakı vəziyyətlə tanış olub, X.B.Sultanovun fəaliyyətindən razı qalmışlar. İngilislər X.B.Sultanova təklif edirlər ki, milli məsələni dinc yolla nizama salmaq üçün, o, Şuşa şəhərinin başçısı Şahnəzərovu və Vərəndə baş komandanı Məlik Sokrat bəyi qəbul etsin. Lakin adları çəkilən bu iki şəxs general-qubernatorun hüzuruna gəlməmişlər. Çünki onlar özlərini Rusiyanın təbəəsi sayırdılar. Onların bu hərəkəti ingilislərin narazılığına səbəb olmuşdur. Belə olduqda X.B.Sultanov ingilislərə bildirmişdir ki, ermənilər Qafqazda rus monarxiyasının dayaqlarıdır. Rusiyanın məqsədi Qafqaz vasitəsi ilə Hindistana yol açmaqdan ibarət idi. Təbii ki, bu niyyət ingilislərin mənafeyinə toxunurdu. X.B.Sultanov ingilislərdən xahiş etmişdir ki, erməni-azərbaycan münaqişəsini nizama salmaq üçün birlikdə müzakirə aparsınlar. Buna cavab olaraq ingilislər belə bir təklif irəli sürmüşlər ki, X.B.Sultanov bölgənin general-qubernatorudur. Onun müavini isə hökumət tərəfindən təyin olunur.

Lakin Ermənistan Milli şurası bu təklifə qəti etiraz etdi. Bundan sonra X.B.Sultanov ingilis mayoruna bildirmişdir ki, ermənilər sülh istəmir və Qarabağı Azərbaycanın tərkibindən ayırmaq və Zəngəzuru da zəbt etmək niyyətindədirlər. Buna görə də ermənilər daima Azərbaycan tərəfinin təkliflərini öz təklifləri ilə əvəz edirlər.

X.B.Sultanov ingilislərə bunu da demişdi ki, Qarabağ məsələsi diplomatik yolla nizama salınsa, general Andranikin məsələsi də həll olunur və onun dəstəsi qısa müddətdə Qarabağın ərazisini tərk edə bilər. Bundan sonra isə Türkiyədən olan erməni qaçqınlarının məsələsini həll etmək olar (12, v. 8-9).

X.B.Sultanovun Azərbaycan hökumətinin Daxili İşlər Nazirliyinə məktubundan aydın olur ki, Şuşaya gəldiyi ilk günlərdən başlayaraq o, bölgədə məsələləri obyektiv və yerində həll etmək üçün qəza rəislərinin, şəhər ictimai xadimlərinin və ingilis missiyasının iştirakı ilə müşavirələr keçirmişdir. Bu müşavirələrin sənədlərini təhlil edərkən məlum olur ki, general-qubernator erməni-azərbaycan münaqişəsini dinc yolla həll etməyə çalışır. Təsadüfi deyildir ki, o, keçirdiyi müşavirələrə erməni tərəfinin nümayəndələrini və ingilis missiyasının üzvülərini dəvət edirmiş.

Göstərmək lazımdı ki, Qarabağı Azərbaycandan ayırmaq istəyən və daima azərbaycanlılarla ermənilər arasında nifaq toxumu səpən Erməni Milli Şurasının rəhbərləri bu müşavirələrə gəlməmiş, hətta həyasızcasına Azərbaycan dövlət hakimiyyətini tanımadıqlarını bəyan etmişlər.

Çoxsaylı arxiv sənədləri və bir sıra tədqiqatçıların (T.Svyataxovski) araşdırmaları sübut edir ki, ADR hökuməti tərəfindən Zəngəzur qəzasını da əhatə edən Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun ona başçı təyin olunması Ermənistanı xeyli təşvişə salmış və onun diplomatik-hərbi fəallığını artırmışdır. R.Hovannesyan bu barədə belə yazırdı: "Açıqlanmış ermənilərin özləri üçün təhqir üstündən təhqir hesab etdikləri, bir də bərk qorxduqları məşhur armenofob Xosrov Sultanovun Tomson tərəfindən hər iki ərazinin qubernatoru təyin edilməsi idi" (13, s.115). "Azərbaycan hökumətinin özünün tarixi torpaqlarında general-qubernatorluq yaratması və bu vəzifəyə Xosrov bəy Sultanovun təyin edilməsi haqqında qərarını ermənilər etirazla qarşılamışlar. Ermənistanın Xarici İşlər Nazirliyi və Daşnak mətbuatı aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərində və ADR rəhbərliyinə etiraz notalarında Azərbaycan hökumətini "Ararat Respublikasının ərazi hüquqlarını" və iki qonşu ölkə arasında münasibətləri pozmaqda ittiham edirdilər. Ermənistan tərəfi yaranmış vəziyyətdən çıxış yolunu ya Azərbaycan general-qubernatorunun ləğv edilməsində, ya da müvəqqəti ingilis general-qubernatorluğunun yaradılmasında görürdü" (14, N 2,1919).

Azərbaycan hökuməti təbii ki, ölkənin ərazi bütövlüyünün və suveren hüquqlarının pozulmasına yol verməzdi və qonşu dövlətin onun daxili işlərinə qarışması cəhdləri ilə barışa bilməzdi. Buna görə də ADR-in xarici işlər nazirinin vəzifəsini icra edən Adil xan Ziyadxanov Ermənistan hökumətinə cavab notalarında bir daha Qarabağın və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olduğunu xatırlatmışdır (15, s.160). Ermənistanın etirazını onun suverenliyinə qəsd kimi qiymətləndirən Azərbaycan hökuməti qətiyyətlə bildirmişdir ki, özünün ərazi toxunulmamazlığını hər vasitə ilə müdafiə edəcəkdir. Bununla yanaşı, Azərbaycan hökuməti bütün münaqişələri sülh yolu ilə həll etməyə hazır olduğunu bildirmişdir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Azerbaydcan qaz.... (na russkom əzıke), N 12, 1919.

2. Musayev İ.R. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921). Bakı, Universitetin nəşriyyatı, 328, s113

3.Yenə orada, s.114

4. SPİHMDA.F. 276, siy. 9, iş 4.v. 13

5. SPİHMDA.F. 277, siy. 2, iş 43.v.11

6. SPİHMDA.F. 276, siy. 9, iş 4.v. 13

7. SPİHMDA.F. 277, siy. 2, iş 43.v.12

8. Yenə orada, v.12

9.Yenə orada, v.14

10.Yenə orada, v.18

11.Yenə orada, v.19-20

12.Yenə orada, v.8-9

13. İ.R. Musayevin göstərilən əsəri , s.115

14. Azerbaydcan qaz.... (na russkom zıke), N 2,1919

15. Azerbaydcanskaə Respublika. Dokumentı i materialı 1918-1920 qq. Baku, Glm, 1998, 616 s.s.160

Həcər Abdallı

Ermənilərin türklərə qarşı törətdikləri

soyqırımının tarixi mərhələləri

Xalqın və millətlərin dostluğu, düşmənçiliyi əks olunan beynəlxalq münasibətlərin tarixi göstərir ki, bu hadisələr zaman boyu təsadüfi olmamışdır. Əksinə müharibələr, sülh, mühacirət, razılaşmalar, rəngarəng ticarət mallarının mübadiləsi, səfirlərin mübadilə edilməsi və s. çox qədim zamanlardan mövcud olmuşdur, coğrafi mövqedən, insani, iqtisadi, siyasi, mədəni, ictimai və bu kimi cəhətlərə tabe olmuşdur. Bu münasibətlərin nümunəsinə miladdan əvvəl müasir dövrümüzədək rast gəlirik.

Kütləvi soyqırımını həyata keçirmək üçün ermənilər uzun illər ərzində silahlanmış könüllülər toplanmış, sonra isə mütəşəkkil surətdə eyni vaxtda müxtəlif yerlərdə müsəlmanları kütləvi surətdə qırmağa başlamışlar. 1905, 1915, 1918, 1921-ci illərdə Bakıda, Gəncədə, Qubada, Şuşada, Şamaxıda, Naxçıvanda, Lənkəranda və 1992-1993-cü ilərldə təkrarən Şuşa, Kəlbəcər, Xankəndi, Laçın, Ağdam, Füzuli, Xocavənd, Kəlbəcər, Xocalı, Zəngilan və s. işğal etdikləri Azərbaycan ərazilərində müsəlmanları kütləvi surətdə qətlə yetirmişlər.


    Ваша оценка произведения:

Популярные книги за неделю