412 000 произведений, 108 200 авторов.

Электронная библиотека книг » Akif Nagi » “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17 » Текст книги (страница 20)
“QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17
  • Текст добавлен: 22 мая 2018, 17:00

Текст книги "“QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17"


Автор книги: Akif Nagi


Жанры:

   

История

,

сообщить о нарушении

Текущая страница: 20 (всего у книги 23 страниц)

Mayın 1-də Volqa-Xəzər Hərbi Donanmasının gəmiləri Bakı limanına daxil oldu. May ayının 3-Lənkarana, 4-də Astaraya hərbi dəniz desantı çıxarıldı (37, s.197).

İşğaldan sonra Azərbaycan xalqının olduqca ağır günləri başladı. AXC-nin rəhbər işçilərinə qarşı terror və cəza tədbirləri gücləndi. Azərbaycan Milli Ordusunun Qarabağ və Gəncədə XI Ordusunun işğalına qarşı başlanmış üsyanı amansızlıqla yatırıldı. Azərbaycan Milli Ordusunun 12 generalı, 27 polkovniki və podpolkovniki, 46 kapitanı və ştabs kapitanı, poruçik, podporuçik, 146 praprosik, 266 nəfər başqa hərbi işçiləri qüllələnmişlər. 1920-ci il aprel ayının 28-dən 1921-ci ilin avqustuna kimi Azərbaycanda 48 min insan qırmızı terrorun qurbanı olmuşlar (38, s.188).

Azərbaycanın türk müsəlman əhalisi Şura hökumətinin bu anti Azərbaycan siyasətindən qəzəblənərək üsyan edəcəkləri ilə bolşevikləri hədələyirdilər. M.Ə.Rəslzadə Azərbaycanın 1920-ciil işğalı dövrünü dəqiq anlayaraq yazmışdır ki, “İstiladan bir ay sonra artıq bütün Azərbaycan məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk etmişdir...Xalq təkamül etmədi. Üsyan etdi” (19, s.69-70).

XI ordunun terrora arxalanan qarətçi işğalı nəticəsində hiddətlənmiş Azərbaycan xalqının üsyanı nəticəsində Tərtərdə XI Ordunu bir alayı məhv olundu. Ağdamda yenə olduqca böyük itki verdilər. Bolşeviklərə qarşı Qarabağdan sonra Şəki, Zaqatala, Quba, Lənkəranda güclü xalq üsyanları oldu. Bu üsyanları XI ordunun hərbi hissələri dəfələrlə çətinliklə yatırdılar. Lənkəran bölgəsində baş vermiş üsyan aylarla davam edir və XI ordunun hücumlarına məruz qalırdı (13, s.107). Nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik illərində əldə etdiyi nailiyyətlər vəhşi bolşevik ordusu tərəfindən məhv edilirdi.

Ədəbiyyat

Azərbaycan tarixi. Yeddi cilddə. Y cild (1900-1920-ci illər) Bakı, Elm – 2001-672 səh.

Жвания Г. Великий Октябрь и победа Советской власти в Грузии. Тбилиси, 1987. Саблота Сокартвело, 319 стр.

ARPİİSSA, f.276, siy.7, iş 212, v.1.

ARPİİSSA, f.276, siy.2, iş 20, v.44.

ARPİİSSA, f.276, siy.2, iş 22, v.74.

Azərbaycan Demokratik Respublikası (tarix, ictimai-siyasi və mədəni həyat). Bakı, 1998. Azərnəşr, 191 səh.

Шаумьян С.Г. Избранные произведения, в 2-х томах. Изd. 2., Ваку, Политиздат, 1978. 463 стр.

Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun Ədliyyə nazirinə məruzəsi. “Xalq qəzeti”, 16 mart 2001-ci il.

İbrahimov Z.İ. Sosialist inqilabi uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi. Bakı, 1957. Azərnəşr, 585 səh.

ARDA. f.106, siy.1, iş.108, v.7.

ARDA, f. 1016, siy.1, iş.95, v.5-8.

Rəsulzadə M.Ə. “Azərbaycan Cümhuriyyəti”. Bakı, “Elm” nəşriyyatı, 2015.– 152 s.

Qarabağ Azadlıq Təşkilatı. “Qarabağ dünən, bu gün və sabah” 10-cu elmi əməli konfransın materialları toplusu.-Bakı, 2011.– 264 s.

ARDA, f. 894, siy. 2, iş 88. v.1.

Лудшувейт Е.Ф. Турция в годы первой мировой войны. М., 1966. Изд. Московского Ун.-та. 386 стр.

“Xalq qəzeti”, 10-11 dekabr 2003-cü il.

Rəcəbli Q.Ə. Azərbaycan tarixi, “Elm və təhsil”, 2013.– 544 s.

ARDA, 1970, siy. 1, iş 65, v. 76.

Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990. “Elm”, 112 səh.

ARPİİSSA, f.277, siy.2, iş 18, v.1.

Томсон Г. Вакинская восполнения 1914-1921 года. Ваку: “QHT nəşriyyatı”. 2011. 102 s.

Azərbaycan Xalq Cümhuriyyəti... Parlament, 1 cild. Bakı, Azərnəşr, 1998, 976 səh.

Азербайджанская Демократическая Республика…(1918-1920 гг.) Парламент. стенографический отчет. Баку, Азербайджан, 1998, 991 стр.

Azərbaycan SSR EA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriysı, №1, 1991-ci il.

Гусейнов А.А., Синицын В.М. Сражающийся Мугань. Ваку. 1979. Азернешр, 83 стр.

Ибрагимов Б.Г. Жизнь, отданная народу. Ваку, (Б.И.), 1989. 63 стр.

Əlizadə N. Lənkəran qəzası zəhmətkeşlərinin Sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda mübariəsi tarixindən. Bakı, 1963. Azərnəşr, 111 səh.

Токаржевский E.A. Из истории нестранной интервенции и гражданской войны в Азербайджане, Ваку, Изд.-во АН. 1957, 332 стр.

История Азербайджана. т.III, I ч., Ваку, Азернешр, 1963. 548 стр.

“Azərbaycan ” qəzeti, 30 iyul, 1 c., 1919-cu il.

Авалов З. Независимось Грузии в международной политике. Париж, (б.и.), 1924. 318 стр.

Директивы Главного командования фронтов Красной Армии. (1917-1922 гг.), Сб. док. в IY, т.III. М., Воен.издат. 1974. 788 cтр.

Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, Elm. 1990, 94 s.

Дарабади П. Военные проблем политической истории Азербайджана в начале XX века. Ваку, 1991. Элм. 203 стр.

Декреты Азревнома. Ваку, Азернешр, 1988, 519 стр.

İbişov F. Azərbaycan kəndində sosial iqtisadi proseslər (1920-1930). Bakı, Mütərcim. 1996, 168 s.

Qarabağ Azadlıq Təşkilatı. “Qarabağ dünən, bu gün, sabah” 14-cü elmi-əməli konfransın materialları. Bakı, 2015. 224 s.

Qarabağ Azadlıq Təşkilatı. “Qarabağ dünən, bu gün, sabah” 4-cü Ümumrespublika elmi-əməli konfransın materialları. Bakı, 2005. 232 s.

Т.А.Гасанов

Резюме

Политическая ситуация на Каспийской прибрежной территории Азербайджана (1919-1920-е годы)

В статье широко исследуются политические события, произошедшие на азербайджанских прибрежных территориях Каспия, освещённых в материалах архивных документов, исторической литературы и периодической печати. Братская помощь Кавказской Тюркской Исламской Армии выступающей против большевистское – дашнакского зверства Бакинской Коммуны обоснована полноценный фактами – Батумское и Мудуросское договоры, признанные де-факто Азербайджанской Демократической Республики Парижской мирной конференцией, после оккупации Азербайджана большевистской Российской XI Армией, последующие восстания местного тюркско-мусульманского населения – всё это исследуется основании обширных фактических материалов.

T .A. Hasanov

The political situation in the Caspian Sea territory of Azerbaijan

(1918-1920 years)

Summary

In the article, on the basis of archival documents, historical literature and periodicals political events that took place in Azerbaijan's Caspian Sea coasts has been widely studied. Based on the solid facts the Caucasian Islamic Army’s fraternal help against the brutality of Baku Commune’s bolsevik-Dashnak is illuminated.

Batum and Mudros agreements, de facto recognition of the People’s Republic of Azerbaijan in Paris peace conference, rebels of the local Muslim population after the occupation of Azerbaijan by XI Army of Bolshevik Russia is extensively investigated with the actual materials.

Yasəmən Qaraqoyunlu

Qarabagın işgaldan azad edilmə siyasətində Azərbaycanın buraxdıgı səhvlər

Fikrimcə Azərbaycan yalnız Ermənistanla müharibədə yox, həm də müharibənin nəticələrinin aradan qaldırılması yönümündə aparılan beynəlxalq danışıqlarda məglub olmuşdur. Beləki, biz beynəlxalq diplomatik danışıqlarda problemin qoyuluş fəlsəfəsində və təqdim edilmə formatında məglub olmuşuq.

Problemin qoyuluş fəlsəfəsində səhvlərimiz

Məlumdur ki, indiyə qədər ATƏT– in Minsk qrupunun fəaliyyətində daim Qarabaga hər hansı “statusun” verilməsindən danışılmışdır. Təklif olunan bütün sənədlərdə və proqramlarda “Qarabagın statusu” müzakirə obyekti olmuşdur. Azərbaycan televiziyalarında, medyada, diplomatik nümayəndələrin, palitoloqların dilində də tez– tez eşidirik “Qarabag konflikti”. Fikrimcə bu ifadə işlədilməməlidir.Biz səhv edirik, bu yolverilməzdir. “Qarabag Konflikti” dedikdə iki məsələdə səhv edirik. Birincisi bu deyimdə Qarabag müstəqil siyasi subyekt kimi göstərilir, halbuki Qarabag unitar Azərbaycanın tərkib hissəsidir. ikincisi “Qarabag konflikti” yoxdur , Azərbaycan-Ermənistan müharibəsi var və Azərbaycan torpağı Qarabağ və ətraf 7 rayon Ermənistan və Rusiya birliyi tərəfindən işgal olunmuşdur. , Azərbaycan-Ermənistan müharibəsi deyimini işlətməliyik və belə qəbul etdirməliyik. Lakin ATƏT-in Minsk Qrupunun təklif etdiyi bütün sənədlərdə Mərhələli Həll, Paket Həll, Ümumi Dövlət proyekti, Madrid prinsipləri proqramlarında “Qarabag” müstəqil subyekt kimi göstərilir və bu “subyektin” “statusu”ndan” danışılmqla əslində “müstəqilliyi”nə cəhd edilir. ATƏT-in Minsk Qrupunun fəaliyyətində Azərbaycan-Ermənistan müharibəsi nəticəsində işgal olunmuş Azərbaycan torpaqlarının işgaldan azad olması yox, “Qarabag konfliktindən” və “Konfliktin həlli ” üçün “Qarabagın statusundan” danışılır. Biz məhz bu nöqtədə uduzmuşuq və bu formatı dəyişməliyik. ATƏT-in Minsk qrupunun təklif etdiyi sənədlərin və danışıqların bu formatda olması bizim dövlət və millət maraqlarımıza ziddir. Bu ifadələrin işlədilməsinə yol verməyimiz bizim səhvimizdir. Biz səhvlərimizi düzəltməliyik. Azərbaycan Ermənistan müharibəsinin “Qarabag konflikti” adlandırılması Erməni milli maraqlarına xidmət edir və Ermənistanın birbaşa işgalçı dövlət olmasını, işgal siyasətini dolayısıyla ört –basdır edir. “Qarabag konflikti” deyimi ilə:

1.Ermənistanın işğalçı dövlət olmadıgı, müharibədə birbaşa iştirak edən tərəf olmadıgı, etiraf olunur.

2. Müharibənin işgalçı Ermənistanla –Azərbaycan arasında yox, Qarabagla-Azərbaycan arasında getdiyi dünyaya qəbul etdirilir və burda Ermənistan işgalçı yox, guya “Qarabağda əzilən erməni soydaşlarının hüquqlarını müdafiə edən dövlət” kimi çıxış edir.

Beləliklə də hələlik, məsələnin qoyuluş fəlsəfəsində və diplomatik danışıqlarda Ermənilər bizə qalib gəlmişlər.

1. “Qarabağ konfliktinin həlli” deməklə və həll yolu kimi “Qarabagın statusu”nun beynəlxalq danışıqlarda “müzakirə predmeti olunmasına” nail olmaqla əslində Azərbaycanın bir parçası olan Qarabagın müstəqil subyekt kimi, ərazi vahidi kimi dünyaya və bizə qəbul etdirməyə nail olublar.

2. Ermənistan-Azərbaycan müharibəsini Qarabağla-Azərbaycan arasında gedən müharibə kimi təqdim etmişlər. Eyni zamanda ikinci böyük səhvimiz ATƏT-in Minsk Qrupunun danışıqlarında yerli Azərbaycanlıların ( “Qarabag azərbaycanlıları” termini işlədilir ki, burda da Qarabagın müstəqil subyekt oldugu təsdiq ollunur) “İcma “kimi iştirk etməsidir. İcma etnik və ya milli azınlıgı ifadə edən termindir. Azərbaycanlılar Qarabagda icma deyil, yerli, dominant xalqdır. Ermənilər bu əraziyə Çar rusiyası tərəfindən köçürülmüş, beləliklə demoqrafik vəziyyətin ermənilərin xeyrinə süni dəyişdirilməsinə nail olmuşlar. Beləliklə ermənilər Qarabagda cogunluq, azərbaycanlılar azınlıq durumuna düşmüşlər. “İcma” termini də dolayısıyla bunun təsdiqidir, ermənilərin “dominant”, azərbaycanlıların “icma” oldugunun etiraf olunmasıdır. Beləliklə də beynəlxalq danışıqlarda 2005-ci ildən etibarən “ Daglıq Qarabagın azərbaycanlı icması” ifadələri yer almaqdadır. Burda da Qarabag müstəqil ərazi subyektini, azərbaycanlı icma da azərbaycanlı azınlıgı ifadə edir. Beləliklə beynəlxalq danışıqlarda “Qarabagın azərbaycanlı icması”nın siyasi-hüquqi status qazanılması ilə gələcəkdə “Qarabagın statusunun” həlli ilə baglı keçirilməsi planlaşdırılan referendumda onların iştirakı və söz, iradə haqqı tanınır və Qarabagın statusunda həlledici rəy, söz Azərbaycan dövlətinin və xalqının iradəsi yox, “Qarabagın azərbaycanlı icması”nın iradəsi ilə həll edilir. Bu “icma” isə azınlıqdır, ermənilər isə “çoxluq”dur və təbii ki, Qarabagın statusu ilə baglı hər hansı gələcək referendumda həlledici qərarları “çoğunlluq”olan ermənilər verəcəkdir. Beləliklə bu “İcma”nın hüquqi tərəf kimi danışıqlarda iştirakı ilə dolayısıyla Azərbaycan dövləti və xalqı “Qarabagın statusu”nun həllindən kənarlaşdırılır, təcrid edilir. Bütün bunlar yolverilməzdir. Danışıqlarda Azərbaycan höküməti iştirak etməli, Azərbaycan dövlətinin iradəsi əks olunmalıdır.

Belə oldugu halda biz nə etməliyik?

23 ildir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətində əks olunan və nəticə verməyən formatın dəyişdirilməsinə nail olmalıyıq və bu məsələyə yeni kontekstdən baxmalıyıq. Bu, “dondurulmuş” müharibənin sülhə çevrilməsində dönüş yarada bilər . Yeni kontekst nədən ibarətdir?

Bu format ondan ibarətdir ki, Nə “Qarabag konflikti”ndən danışılmalılıdır, nə də “Konfliktin həlli” kimi “Qarabagın statusundan” danışılmalıdır. Ermənistanın işgalçı dövlət olması bütün dünyaya qəbul etdirilməlidir. Qarabagın və ətraf 7 rayonun Ermənistanın Azərbaycana qarşı apardıgı işgalçılıq müharibəsi nəticəsində işgal olundugunu, Ermənistanın işgalçı dövlət oldugunu və qeydsiz şərtsiz işgal etdiyi torpaqlardan çıxmaları tələb olunmalıdır. Bunun beynəlxalq hüquqi əsasları da var. BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələrinin yerinə yetirilməsi tələb olunmalıdır. Birinci mərhələdə Ermənistanın işgal etdiyi Azərbaycan torpaqları işgaldan azad edilməlidir. Ikinci mərhələdə isə Azərbaycan vətəndaşları olan Ermənilərin statusundan( “Qarabag erməniləri”nin deyil, Azərbaycan vətəndaşı olan ermənilərin) və eyni zamanda Ermənistandan 1988-ci ildə Etnik təmizləmə və soyqırıma məruz qalmış Ermənistan vətəndşları olan Azərbaycan türklərinin statusundan söhbət gedə bilər. Ermənistandan deportasiya olunmuş türklər öz torpaqlarına, ölkələrinə qayıtmalıdır, Ermənistn hökümətinin idarə olunmasında və parlamentdə bərabərhüquqlu vətəndşlar kimi iştirak etməlidirlər. Ermənistan heç vaxt mono etnik dövlət olmayıb, bura qədim türk torpagıdır və yerli xalq öz ölkəsinə qayıtmalıdır. Əgər bu format qəbul ediləcəkə müharibə bitə bilər və Cənubi Qafqazda sülh və sabitlik təmin olunar. Biz bunun adını “0 vəziyyətə qayıdış” adlandırırıq. Bu yerinə yetirilmədikdə isə müharibəyə başlanılmalıdır. Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməlidir.

Azərbaycan-Ermənistan müharibəsi. Qərbin ikili standartlar siyasəti.Qərb Azərbaycanın strateji tərəfdaşıdırmı?

Mən ümumiyyətlə ABŞ və Qərbin Ermənistanın Azərbaycan torpaqlarını işgaldan azad etməsində maraqlı olan ölkələr hesab etmirəm, bu məsələdə onları Azərbaycanın tərəfdaşı, müttəfiqi kimi də görmürəm. Əksinə, Ermənistanın işgalçı siyasətinin arxasında Rusiya ilə bərabər bu ölkələrində durdugunu iddia edirəm. Hesab edirəm ki, Aərbaycan topaqlarını Rusiya Ermənistanla bərabər işgal etmişdir, Qərb – ABŞ cütlüyü və İran isə bu işgala dəstək verməkdədir. Bu fikrimi əsaslandırmaq üçün onlarla fakt göstərə bilərəm. Birincisi gəlin tarixdən başlayaq və tarixi ardıcıllıga diqqət edək.Bu gün baş verənlərin keçmişdəkilərin davamı və nəticəsi oldugunu görəcəyik. Hazırda Azərbaycana, türklərə qarşı gedən siyasəti anlamaq üçün son 300 ildir bu cografiyada həyata keçirilən Qərbin müstəmləkəçilik siyasətini təhlil etmək lazımdır. Bu siyasət indi də davam etməkdədir, hal-hazırda Yaxın və Orta Şərq cografiyalarında məskunlaşaraq, imperatorluqlar, bəyliklər,ulus dövlətləri quran Türklərin hakim olduqları ərazilər yenidən bölünməkdə ,Türk cografiyasının daralması prosesi davam etməkdədir. XVIII əsrdən etibarən bu proses üç mərhələli aparılmaqdadır.

1.İmperatorluqların (Osmanlı,Qacar, Babur) dagıdılmsı və ərazilərinin bölüşdürülməsi.Türklərin hakimiyyətdən devrilməsi və ikinci qrup azınlıq halına salınması. Hind-Avropa qrupuna məxsus xalqların türk cografiyalarında dövlətlərinin qurulması (Fars, Erməni, Kürd).

2.Türk Ulus Dövlətlərinin dagıdılması.

3.Dövlətlərini itirərək azınlıq durumuna salınmış türklərin assimilyasiya, etnik təmizləmə və soyqırıma ugradılması ilə torpaqlarının mənimsənilməsi ( Ermənistan ,Əfqanıstan, Suriya, İraq, İran, Çin, Rusiya ). Əsrin əvvəllərində erməni, fars, indi isə kürd faktoru ilə Türklərin Yaxın və Orta Dogu cografiyasından silinməsi prosesi XVIII əsrdə Avropada formalaşmış “Hind-Avropa irqinə məxsus xalqların dünya liderliyi –Ariya irqçiliyi ”, Pyotrun “Vəsiyyətnaməsi”, Yekatrinanın “Şərq Layihəsi”, Rusiya və İngiltərənin “Böyük Oyun” siyasəti doktrinləri ilə həyata keçirilirdisə, indi ABŞ-Avropa Birliyi rəhbərliyi ilə “Böyük Orta Dogu “ projesi adı altında həyata keçirilir. (Əfqanıstan, Suriya, Ermənistan, İran, Iraqda əhalinin yarısını təşkil edən türklərin etnik təmizləmə və soyqırıma məruz qalması ilə). Yaxın və Orta Şərq cografiyalarının bölünməsində XX əsrin əvvəllərində İngiltərə-Fransa-Rusiya baş rol oynayaraq, min illərdir bu cografiyaya hakim olan türklərin buradan silinib atılması üçün erməni, aysor (assurr), serb, ərəb, fars, kürd xalqlarını türklər əleyhinə istifadə edirdilər. Bu cografiyadakı siyasi xəritələr İngilltərə-Rusiya arasında gedən “Böyük Oyun” adlı siyasi rəqabət əsasında İngilis -Rus nüfuz dairələrinə uygun cızılmışdı. Bu siyasət əsasında Osmanlını böldülər, Qacarları devirərək Fars İran dövləti qurdular, Azərbaycanı bölərək Ermənistan dövləti qurdular, XXI əsrdə isə bu cografiya ABŞ və Avropa birliyinin maraqları əsasında yenidən bölünərək paylaşılmaqdadır. Yeni siyasi oyunların əsas aktoru isə Kürdlərdir. Bu dəfə Ermənilərlə bərabər Kürdlərdən istifadə edilməkdədir. Kürdlərin Kərkük bölgəsində Dövlət qurma cəhdləri Azərbaycanın maraqlarına ziddir.Çünki bu bölgə qədim Azərbaycan tarix və mədəniyyətinin yarandıgı bir bölgədir.

Beləliklə Türkiyə, İran və Azərbaycan cografiyasında yaşayan Türklərin müştərək bir proqramı hazırlanmalıdır. Bu proqramda birincisi– İraq, Suriya, Livan, Türkiyə, İran, Azərbaycan dövlətlərini təhdid altında saxlayan kürd faktoruna, ikincisi Türkiyə və Azərbaycanı bölərək böyük Ermənistan qurmagı hədəf alan Erməni faktoruna qarşı müdafiə siyasəti hazırlanmalıdır. Bu proseslər Türkiyə və Azərbaycanı yeni siyasi doktrin və paradiqmalar yaratmaq zərurəti qarşısında qoyur. Erməni məsələsinə gəldikdə isə, hər kəs bilir ki, Ermənilər tarix səhnəsinə Rusiyanın dəstəyi ilə çıxmışlar. Ermənilərin Dənizdən-dənizə (Qara dəniz-Aralıq dənizi-Xəzər Dənizi) böyük Ermənistan planı Çar Rusiyasının isti dənizlərə enmək, Bosfor və Dardanel böğazlarından keçərək İstanbulu fəth etməsilə Böyük Roma Dövlətinə çevrilmək planının tərkib hissəsi kimi 18-ci əsrdən 21-ci əsrə qədər Azərbaycanda Rusiyanın dəstəyi ilə həyata keçirilməkdədir. Əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamışdır. Beləliklə Ermənilər himayə edilmiş, silahlandırılmış, təşkilatlandırılmış və Erməni dövlətinin qurulmasını hədəf alan bir millət kimi formalaşdırılmışdır. Bütün XX əsr böyu Ermənnilər 5 dəfə “dövlət” qurmaga cəhd etmişlər.

1.Cənubi qafqaz erməni dövləti; 2.Şərqi anadolu erməni dövləti; 3.Adana-Çuxurova(Kilikiya) Erməni dövləti; 4.Urmiyda-Erməni-Kürd-Aysor konfederasiyası(Cilovluq hərəkatı); 5.Bakıda Şaumyanın qurdugu saxta Sentrokaspi höküməti. Bütün bu “Dövlətlər” bu ərazilərdə yerli türklərin kütləvi şəkildə vəhşicəsinə soyqırıma ugradılması ilə “qurulurdu” və bütün bu erməni vəhşiliklərinin arxasında ingilis framason təşkilatları, Xristian missionerləri və Rus çar-bolşevik siyasətçiləri dayanırdı. Bununla baglı yüzlərlə tarixi mənbələr, Osmanlı və Azərbaycan Demokratik Cümhuriyyətinin hökümət protokolları, hesabatları var. Əgər Türkiyəyə qarşı irəli sürülən saxta “Erməni soyqırımı” nın araşdırılması ilə baglı beynəlxalq komissiya yaransa, Türklərə qarşı həyata keçirilən bütün bu Erməni cinayətlərinin arxasında duran Rusiya, İngiltərə,Fransa kimi dövlətlər də cinayət məsuliyyətinə cəlb olunacaqdır.

Erməni kartı, İngiltərə-Fransa-Rusiya dövlətləri tərəfindən Qacar və Osmanlı Türk imperatorluqlarının çöküşü üçün istifadə ediliməyə başlandı və ugur qazandı. Bütün tarixi faktlar isbat edir ki, Erməni məsələsi, Ermənilərin Türklərə qarşı törətdikləri soyqırımlar və Qərbi Azərbaycanda yerli Türklərə qarşı etnik təmizləmə aparmaqla Ermənistan dövlətinin qurulması, Qarabagın və ətraf rayonlarının işgal edilərək Ermənistana birləşdirilməsi siyasəti Rusiyanın birbaşa iştirakı, Qərb ölkələrinin isə iqtisadi-siyasi, diplomatik dəstəyi ilə baş verməkdədir. Məqsəd Türkləri Anadoludan və Qafqazdan, İran cografiyasından,Yaxın və Orta Dogu xəritəsindən silmək və bu torpaqlara sahiblənməkdir.

XX əsrin əvvəllərində Ermənilər Azərbaycanın qərb torpaqlarında “Cənubi Qafqaz Erməni Dövləti”ni yatmaga nail oldular. SSRİ dövründə Azərbaycan torpaqları hesabına bu “Erməni dövləti” genişlənərək Ermənistan adlandı və SSRİ-nin subyekti oldu. 50-ci illərdən etibarən Erməni diasporu və Daşnaksütun partiyası birgə Erməni milli strategiyasını hazırladılar. “4 T proqramı” adlanan bu strategiyaya əsasən Türkiyənin Şərqi Anadolu bölgələri və Naxçıvan, Qarabag Ermənistana birləşdirilməli və “Böyük Ermənistan” yaranmalı idi. 50 ildən çoxdur ki, Erməni milləti bu “4T” adlı strateji siyasətini həyata keçirməklə Ermənistanın genişlənməsi ugrunda mübarizə aparırlar. 4T proqramına daxildir: a) erməni spyqırımının dünyada tanınması, b) Türkiyənin soyqırımı tanıması, c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi, d) Türkiyənin şərqində–doğu anadolu bölgəsində Naxçıvan da daxil olmaqla ermənilərə torpaq verilməsi. 4T proqramı vasitəsilə Türkiyənin və Azərbaycanın bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır. Erməni İnqilab Federasiyası– “ Daşnaksutyun” un liderlərindən Hrant Markaryan etiraf edir ki, “Soyqırımı” tanıtma fəaliyyətləri özbaşına bir məqsəd deyil,Qərbi Ermənistanı (Şərqi Anadolu-Qars-İqdır-Ərzurum-Y.Q) xilasetmə məramının bir hissəsidir”. Bu plan əsasında Türkiyə və Azərbaycan arasında quru sərhədlərin aradan götürülməsi, bir-birindən təcrid edilməsi nəzərdə tutulur. Qarabagın Ermənistan tərəfindən işgal edilməsi, Qarabagda ikinci Erməni dövlətinin qurulması və bu “Dövlətin” Ermənistana birləşməsini təmin etmək siyasəti də “4T” proqramının tərkib hissəsidir. “Erməni Soyqırımı”nın tanıdılması 4T proqramının tərkib hissəsidir. Və Saxta “Erməni soyqırımı” iddialarının yayıldıgı areal-Avropa və Amerikadır. ABŞ da “Soyqırımı tanıyan ştatların sayı 30 keçib. Konqresdə isə “Soyqırımla” baglı iki layihə var. Həmçinin Qarabagın erməni işgalından azad edilməsini əngəlləyən 907-ci düzəliş də ABŞ-nın Erməni işgalına dəstək verməsini sübut etməkdədir. 907-ci düzəliş , “Rusiyada azadlığın, Avrasiyada demokratiyanın və açıq bazarın müdafiəsi haqqında akt” 1992-ci il oktyabrın 24-də ABŞ konqresi tərəfindəndən qəbul olunmuşdur. Həmin qanun SSRİ-nin dağılmasından sonra yeni müstəqil dövlətlərə yardım göstərmək haqqında ABŞ konqresinin ilk qanunvericilik aktıdır. 907-ci düzəliş senator Kerri tərəfindən (Masaçussets şt.) irəli sürülmüş, həmkarlan Sarbanes, Saymons, de Konsini tərəfmdən dəstəklənmişdir. Burada söhbət Azərbaycana yardımın məhdudlaşdırılmasından gedir və göstərilir ki, Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadalarının və qüvvədən təcavüzkarcasına (?) istifadənin ləğvi sahəsinde nümayişkaranə addımların atılmadığını prezident müəyyən etməyincə və bunu konqresə bildirməyincə Azərbaycan hökumətinə yardım göstərilməyəcəkdir. Bu sənəddə diqqət edilərsə Qarabag Azərbaycan torpagı kimi yox, müstəqil subyekt kimi göstərilmiş, Ermənistan işgalçı adlandırılmamış, Azərbaycan dolayısıyla təcavüzkar adlandırılmış, bir sözlə Ermənistan dəstəklənmişdir. Beləliklə o zamandan bu günə qədər ABŞı-ın Qarabagdakı erməni işgalı ilə baglı siyasəti dəyişməmişdir. ABŞ Ermənistanı və onun işgal siyasətini dəstəkləməkdədir. ABŞ-nın müttəfiqi olan Avropa ölkələrinin hamsı “Soyqırım”ı tanımaqdadır. 1987-ci ildə Avropa parlamenti “Erməni soyqırımı” iddiasını tanıdı, 2005-də isə bu qərarını təzələdi. Beləliklə, Avropanın bütün ölkələri , – Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şursı, İnsan haqları Dərnəyi,YMCA Avropa Birliyi, Vatikan və s. kimi Avropa təşkilatları , ümumilikdə dünyanın 20-dən çox ölkəsi, ABŞ-ın 30 ştatı, “Erməni soyqırımını” tanımaqla Türkiyə ərazisini parcalamaq, Qarabagı Ermənistana birləşdirmək ideyasını gerçəkləşdirməkdədir. Bu məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər yayılmışdır. Və bütün bunlar Ermənilərin Qarabagı və ətraf 7 rayonu işgal etməsinə, Xocalı soyqırımına zəmin hazırlamışdır. Ermənilər Qarabagda işgal müharibəsinə başlayrkən ABŞ-nın Avropa Birliyinin siyasi-hüquqi dəstəyini artıq qazanmışdılar. Bu dəstək bu gün ATƏT-in Minsk qrupunun fəaliyyətində də öz əksini tapmaqdadır. Beləliklə qarşımızda belə bir mənzərə açılır.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələrinin yerinə yetirilməməsi, Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılması yönümündə fəaliyyət göstərən ATƏT-in MİNSK qrupnun 1994-cü ildən bəri davam edən fəaliyyəinin nəticəsiz qalması, ATƏT-in Minsk qrupunun indiyə qədər təklif etdiyi 1. Paket həll; 2. Mərhələli həll; 3. Ortaq dövlət proyekti; 4. Madrid prinsiplərinin Azərbaycan Milli maraqlarına zidd olması, bu sənədlərdə Qarabag müharibəsinin həlli ilə baglı əks olunmuş 1. Ərazi bütövlüyünün toxunulmazlığı, 2. xalqların öz müqəddaratını təyin etmək hüququ, 3.güc tətbiq etməkdən imtina prinsipləri ikili standartlar siyasətini əks etdirir və dolayısıyla Ermənistanın işgalçılıq siyasətinə bəraət qazandırmaga yönəlmişdir. ATƏT-in Minsk Qrupunun təklif etdiyi bu layihə və prinsiplər əslində Azərbaycan torpaqlarında müstəqil “Qarabağ” dövlətinin yaradılmasına və möhkəmlənməsinə xidmət etməkdədir. ATƏT-in MİNSK qrupu üzvləri Rusiya və Fransa Ermənistanın strateji müttəfiqləridir və saxta Erməni soyqırımını tanımaqdadırlar. Bütün bunlar– Ermənistanın Azərbaycan torpaqlarını işgal etmək siyasətinə bəraət qazandırmaq məqsədilə uydurulmuş saxta “Erməni soyqırımı” iddisının Qərb ölkələri tərəfindən tanınması Azərbaycanı məyus etməkdədir. ABŞ və Qərb daim Qafqazda enerji təhlukəsizliyi maraqlarına uygun olaraq Azərbaycanın qarşısına erməni işgalının aradan qaldırılması siyasətində güc tətbiq etməmək şərtlərini qoyur.

Ermənistan-Azərbaycan müharibəsi və Rusiya.

Bununla bərabər , qlobal siyasətdə iqtisadi cəhətdən zəifləyən, Qərblə ayaqlaşa bilməyən Rusiya təbliğat və siyasi təzyiq yolu ilə Cənubi Qafqaz ölkələrində təsirini qoruyub saxlamağa çalışır: məhz bu səbəbdən Avro-Atlantik ölkələrlə-Rusiya arasında gedən qlobal qarşıdurma və gərginlik çox tezliklə öz təsirini Cənubi Qafqaz ölkələrinə də göstərir. Cənubi Qafqaz ölkələrindən olan Azərbaycan balanslı xarici siyasət kursunu davam etdirdiyi halda, Gürcüstan AB və NATO-ya inteqrasiya xəttində qalır. Ermənistan isə tamamən Rusiyaya təslim olub. Dolayısı ilə Qərbə nisbətdə Rusiya region ilə daha dərin bağlara malik olsa da, Cənubi Qafqazı təsir altına alma mübarizəsi hələ də davam etməkdədir. Bu məqsədlə Rusiya Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirmək və post-sovet respublikaların ictimai rəyində öz təsirini qorumaq üçün yeni media orqanları qurur. Son bir necə ildə Rusiya həm dünya ictimai rəyinə və post-sovet ölkələrində ictimai rəyə təsir etmək üçün KİV siyasətində dəyişiklik edib. “Russian ToDay” (RT), “Sputnik” kimi yeni və daha keyfiyyətli KİV-lər qurulub. “Sputnik” bir radio və xəbər saytı olaraq demək olar bütün post sovet ölkələrinin dillərində yayımlanır. Rusiya həm güc yolu ilə bu ölkələri ətrafında tutmağa çalışır, həm də Qafqazda uzun müddət qala bilmək üçün ictimai rəyi “işğal” etmək məqsədilə “SOFT POWER” adlanan , “yumşaq güc”dən istifadə edərək qərbçi ictimai rəyi qırmaq üçün informasiya siyasəti yeridir.

Artıq Ermənistan SSRİ-nin prototipi sayılan Avrasiya İttifaqının və Gömrük İttifaqının üzvüdür, ancaq onun digər üzv-dövlətlərlə, o cümlədən Rusiya ilə quru əlaqəsi yoxdur. Belə əlaqə yalnız iki ölkə vasitəsi ilə mümkündür – Gürcüstan və Azərbaycan. Rusiya 2008-ci ildə Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanı onların müstəqilliyini “tanımaqla” de-fakto özünə birləşdirib, orada – böyük sayda hərbi kontingent, bazalar yerləşdirib. Abxaziya və Cənubi Osetiya separatçı qurumları ilə qarşılıqlı müqavilələr əsasında “ortaq ordu” yaradıb. Həmçinin Rusiya Ermənistana silah-sursat almaq üçün 200 milyon dollarlıq kredit verilməsi haqda qərar qəbul edib. Eyni zamanda Rusiya Ermənistanla quru sərhədlərə malik olmaq üçün Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmiryolunun açılması məqsədilə Gürcüstana təzyiqlər etməkdədir. Bu, isə Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması anlamına gəlir. Gürcüstanın Rusiyanın təzyiqlərinə davam gətirməyərək Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması, avtomatik olaraq Azərbaycanın da Avrasiya İttifaqına qoşulması ilə nəticələnə bilər. Azərbaycanın Qərb üçün itirilməsi, bölgədən keçən neft-qaz kəmərlərinə, Xəzər dənizi akvatoriyasında nəzarətin bütünlüklə Rusiyanın nəzarətinə keçməsi demək olacaq. Bu halda Cənubi Qafqazın Avro-Atlantik məkana inteqrasiya siyasəti fiaskoya ugrayacaq. Azərbaycan ətrafında baş verən bütün bu siyasi gərginliklər Azərbaycanı dərin məyus edir və “üçüncü yol” axtarışına sövq edir.

Qərbin Ukrayna ilə baglı Rusiyaya qarşı sərt mövqe sərgiləməsi Azərbaycanda, xüsusilə də Qərb yönlü müxalifət mətbuatında ümid yaratdı ki, Qərb Qafqazdakı etnik problemlərlə baglı, xüsusilə Qarabağla baglı da sərt mövqe nümayiş etdirəcək. Məlumdur ki, Rusiyanın bu bölgədə, ümumən postsovet məkanında öz təsirini qoruyub saxlaması üçün etnik-ərazi konfliktlərinin davam etməsi çox önəmlidir. Əks halda, bu respublikaların həmçinin də Ermənistanın Rusiyanın orbitindən çıxaraq Avropaya inteqrasiyası qaçılmaz olacaq. Məhz bu səbəbdən Rusiya Qarabağın işgaldan azad olmasına imkan verməyəcək. Lakin Qərb Qarabag məsələsində Rusiya ilə konfrontasiyaya gedəcək qədər riskli siyasət yürütmür, heç onun belə bir maragı da yoxdur.Əksinə Rusiya Ermənistanla birlikdə Qarabağı işgal edən ölkədir, ABŞ və Qərb isə bu işgalı dəstəkləyən və Qarabagda erməni dövlətinin qurulmasına çalışan ölkələrdir. Qarabağın Ermənistan tərəfindən işgalı məsələsində bu ölkələrin maraqları toqquşmur,əksinə üst-üstə düşür. Eyni zamanda Cənubi Qafqaz qərbin sərhədlərindən çox uzaqdır və Qafqaz qərb üçün enerji təhlükəsizliyi siyasətinin,Təhlükəsizlik və əməkdaşlıq qurşagının sadəcə bir parçasıdır. Ukrayna ilə bağlı isə Qərb ona görə sərt mövqe ortaya qoydu ki, bu ölkə Avropa İttifaqının 4 üzvü ilə həmsərhəddir və Avropa ilə Rusiya arasında sanitar zolaq,bufer dövlət rolu oynayırdı və Ukraynanın işgalı ilə Rusiya birbaşa Avropa İttifaqının sərhədlərinə söykənərək Avropanın təhlükəsizliyini təhdid edir.. Ukraynadakı münaqişə və Rusiyanın ekspansiya siyasəti ümumilikdə Avropada 2-ci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasına ciddi təhdiddir və bu baxımdan həm Avropa İttifaqının , həm də ABŞ-ın maraqlarına toxunur. Ukrayna məsələsində Qərbin özü təhlükədədir, məhz buna görə də Qərb öz həyati mənafelərini qorumaq üçün Ukrayna məsələsində çox aktiv hərəkət edir və edəcək. Qərbin Qarabağ məsələsi ilə bağlı maraqları və problemə cəlb olunma səviyyəsi Ukraynadakı qədər deyil. Ona görə də Ermənistanla Azərbaycan arasındakı müharibədə Rusiyanın dominantlığı qalır və belə də davam edəcək.


    Ваша оценка произведения:

Популярные книги за неделю