Текст книги "“QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17"
Автор книги: Akif Nagi
сообщить о нарушении
Текущая страница: 19 (всего у книги 23 страниц)
Tofiq Həsənov
Azərbaycanın Xəzər sahili ərazilərində siyasi vəziyyət
( may 1918-aprel 1920-ci illər)
Açar sözlər: Azərbaycan, Xəzər sahili, siyasi, Paris konfransı
Keywords: Azerbaijan, the Caspian Sea, political, Paris Conference
Ключевые слова: Азербайджан, прикаспийский, политический, Парижская конференция
1917-ci ilin dekabr ayının 6-da Qərb və Qafqaz cəbhəsində alman-türk qoşunları hücuma keçdilər. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqları boşa çıxmşdı. 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsində Türk qoşunları irəliləməkdə davam etdiyini görən Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsinin komandanı Mehmed Vehib paşaya Türkiyə ilə sülh danışıqları aparmaq üçün teleqram göndərməyə məcbur oldu (1.294-295). 1918-ci il fevral ayının 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəsisələr Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu təşkilata verilməsinə dair qərar qəbul etdi (2, 200).
Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi. Seym İ.H.Gegeçkori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Zaqafqaziya Seyminin müsəlman hissəsinin rəhbəri M.Ə.Rəsulzadə yazırdı: “Seymdə müsəlmanların bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdi. Müstəqil Qafqazın mövcudluğu təkcə Qafqaz müsəlmanlarının deyil, həm də Rusiyanın daimi təhlükəsi qarşısında qalan digər müsəlmsn ölkələrinin də mənafeyinə uyğun idi (1, 295).
Seym Türkiyə ilə danışıqlara dair proqramında qeyd olunurdu ki, 1914-cü ildəki dövlətlər arasındakı sərhəd bərpa olunmalıdır. Eyni zamanda Sərgi Anadoluda Türkiyə dövləti tərkibində olmaqla ermənilər üçün öz müqəddəratını təyin etmək hüququ əsasında muxtariyyət əldə etməyə çalışırdı. Danışıqlar üçün Cənubi Qafqaz millətlərin parlament bölmələrini təmsil edən siyasətçilər qrupundan nümayəndə heyəti təşkil olunmuşdu.
Zaqafqaziya Millət Məclisi hələ Türkiyə ilə sülh danışıqlarına hazırlaşdığı vaxt Brestdə Rusiya ilə Almaniya arasında separat müqavilə imzalandı. Müqavilənin sərvətlərindən biri də Ərdəhan, Qars, Batum Türkiyəyə verilməli idi. Zaqafqaziya Seym Brest sülhünün bu şərtini qəbul etmədi və Petroqrada Xalq Komissarları Soveti adına etiraz teleqramı göndərdi. Türkiyə dövləti Brest sülhünün qərarlarına əsaslanaraq Zaqafqaziya Seyminə Qars, Batum və Ərdəhanı dərhal boşaldılması haqqında son xəbərdarlıq etdi. Bu gərgin siyasi şəraitdə 1918-ci il mart ayının 14-də Trabzonda Türkiyə və Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıldı (2, 207). Konfransda Türkiyə dövləti mövqeyini açıqladı ki, əgər Zaqafqaziya beynəlxalq hüquq subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir. Türkiyə tərəfi qəti olaraq bildirdi ki, Zaqaafqaziya seymi ilə sülh Brest – Litovsk müqaviləsinin məlum şərti əsasında bağlanacaq Aprel ayının 6-da Türkiyə tərəfi Zaqafqaziya nümayəndələrinə Brest – Litovsk müqaviləsinin şərtlərini qəbul edib, etməmək barəsində 48 saat ərzində cavab verilməsini tələb etdi. 1918-ci ilin aprel ayının 14-də Türkiyə hərbi hissələri irəliləyərək Batumu tutdular.
Bu tarixi zamanda Cənubi Qafqazda erməni daşnakları öz alçaq qaniçən siyasətlərini davam etdirirdilər. Onlar 1918-ci ilin yanvar ayından etibarən Bakıda və Zaqafqaziyanın digər bölgələrində müsəlman qırğını törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atırdılar. Ermənilər Bakı Sovetinin idarələrinə öz nümayəndələrini yerləşdirirdilər.
Qafqazın xristian əhalisi məqsədyönlü bir surətdə silahlandırılırdı, 1918-ci ilin mart qırğınları ərəfəsində Rus milli Şurasının Cənubi Qafqazın xristian əhalisinə olan müraciətdə mart ayının 11-dən 18-nə qədər 19-25 yaşlarında olan bütün rus gənclərinin hərbi səfərbərliyə alındığı bildirilirdi (3, v.1).
Azərbaycanda milli hərəkatın genişlənməsi, milli-azadlıq carçısı olan “Müsavat”ın nüfuzunun artması “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakları ciddi narahat edirdi. Daşnaklar “Müsavat”ın sosial bazası olan Bakı şəhərinin müsəlman əhalisini məhv etməyi qarşılarına məqsəd qoymuşlar. Bu məqsəddə beş min erməni əskəri müxtlif cəbhələrdən Bakıya gətirilmişdi. Beləliklə, “Qırmızı qvardiya” adı ilə yaradılan 10-12 minlik ordunun 70 faizi erməni idi (4, v.44). Əsasən ruslardan olan Xəzər donanması içərisində müsəlmanlara qarşı xüsusi təbliğat işi aparılmışdı. Şamaxı və Muğanda ehtiyat olraq rus-malakan silahlı dəstələri yradılmışdı. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda yerləşən müsəlman alayında xidmət edən oğlu Məhəmməd Tağıyevin əlindən silahdan açılan atəş nəticəsində həlak olması, zabit yoldaşlarının onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər “Evelina” gəmisi ilə Lənkarana qayıtmalı idilər.
Xalqımıza qarşı xəyanətkar və düşmən olan ermənilər, Rus milli şurası, Xəzər matrosları, eser və menşeviklər arasında şaiyə yayırdılar ki, “Evelina” gəmisində Lənkərana qayıdan zabitlər tapşırıq almışlar ki, müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-malakan kəndlərini məhv etsinlər (5, v.74.). Bakıda Azərbaycanın türk-müsəlman əhalisinə qarşı olan siyasi və hərbi qüvvələr “Evelina” gəmisində olan zabitlərin tərki-silah olunmasına tərəfdar oldu. S.Şaumyan, A.Caparidze, Q.Korqanov, J.Suxatsev, S.Saakyan, M. Jolçuyan, N.Nərimanovdan ibarət İnqilab Müdafiə Komitəsi yaradıldı. İnqilabi Komitənin təşəbbüsü ilə “Evelina”nın yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərkisalah olundu. 1918-ci il mart ayının 30-da axşam saat beşdə Bakıda ilk atəşlər eşidildi. Özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütyun” və Erməni Milli Şurası bu ilk atəşlərdən sonra Bakı Sovetini müdafiə etdilər. Bakı şəhəri və ətrafında tarixə qanlı faciə kimi daxil olan mart qətlləri üç gün davam etdi. On minlərlə günahsız türk-müsəlman əhalisi erməni silahlı dəstələri tərəfindən amansızcasına qətl olundular. Fövqəladə İstintaq Komissiyasının ümimiləşdirdiyi hesabatına görə 1918-ci ilin mart ayının 18-dən 21-nə (30 mart – 1 aprel) kimi 12 min türk-müsəlman əhalisi “əksinqilabçı ” adı ilə qətlə yetirilmişdir (6, s.173).
Bu hadisələrin təşkilatçısı S.Şaumyan türk-müsəlman əhalisinə qarşı törədilmiş soyqırımını saxtalaşdıraraq “vətəndaş müharibəsi” donu geyindirilməsinə, qətl olunanların sayının azaldılmasına cəhd edirdi. O, aprel ayının 13-də Moskvaya-XKS-yə göndərdiyi hesabatda utanmadan qeyd etmişdir ki; “Üç gün – 30, 31 mart və 1 apreldə Bakı şəhərində şiddətli vuruşma olmuşdur. Bir tərəfdən Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz Beynəlmiləl Qırmızı Ordu, Qırmızı Donanma və erməni milli hissələri, o biri tərəfdən ”Müsavat” partiyasının başçılıq etdiyi... müsəlman “Vəhşi diviziya”sı və silahlı müsəlman quldur dəstələri vuruşurdular. Bizə aviasiya məktəbinin hidroaeroplanları da kömək etdi... Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın edilmişdir. Hər iki tərəfdən öldürülən üç mindən artıqdır. Onlar Bakıda üstün gəlsəydilər, səhəri Azərbaycanı paytaxt elan edən bütün qeyri-müsəlman ünsürlər tərksilah edilib qırılırdı” (7, s.249-250).
Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilmiş soyqırımı təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Bakı quberniyasının Xəzər sahili Quba, Şamaxı, Lənkəran qəzalarında da türk-müəlman əhalisinə qarşı soyqırımı həyata keçirildi. Xəzər sahili qəzalara “sovet qoşunları” adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni “hərbçiləri” S.Lalayev, İ.Əmiryan, H.Hamazasp rəhbərlik edirdilər.
Şamaxı qətlami “Qanlı mart təqvimi”ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət artıq müsəlmanların başçılıq etdikləri yerli milli şuranın əlində cəmləşmişdi. Bakıdakı bolşevik – daşnak Soveti bunu öz hakimiyyətinə qarşı ciddi təhlükə hesab edirdi (8). Şamaxıda olan ermənilər və molokanlardan ibarət olan hərbi qarnizon yerli milli Şura tərəfindən tərksilah olunmuş və onun əvəzində türk-müsəlmsnlardan ibarət yeni qarnizonun təşkilinə başlanmışdır (9, s.341). Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq üçün Şamaxı xüsusi əhəmiyyətə malikdir.
1918-ci ilin mart ayının birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan Şamaxiya toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla iki mindən üç minə dək erməni qoşunu dəstəsi gəlir. Bu silahlı dəstəyə S.Şaumyandan xüsusi təlimat almış S.Lalayev başçılıq edir. O, gətirdiyi sursatı və silahı Şamaxı qarnizonuna verməkdən imtina etmişdir.
Matr ayının 15-də sübh tezdən S.Lalayevin dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlman yaşayan hisələrini top atəşinə tutdu. Bu atəş nəticəsində dinc əhali arasında çoxlu sayda tələfat oldu (8). Üç gün sonra mart ayının 18-də gecə vaxtı Şamaxıya cənubdan ermənilər, şimaldan isə malakanlar tərəfindən mühasirə olundu. Onlar şəhərin müsəlman hissəsini bombalamağa başladılar. Ermənilər və molokanlar axşama yaxın şəhərin ən varlı hissəsi olan “Piran-Şirvan”a daxil oldular. Türk-müsəlman əhalisinin evləri yandırılır, qaçan əhali küçələrdə güllələnirdi. Erməni-molokan silahlı quldur dəstəsinin üzvləri evlərə soxulur sakinləri amansızcasına qətlə yetirir, qarət edir, zorlayırdılar. Şəhərin küçələrində türk-müsəlman meyidləri üst-üstə qalaqlanmışdı” (8).
Qırğın və qarətlər Gəncədən türk-müsəlman dəstəsi Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etmişdi. Ermənilər və molokanlar yaşayan Qazlı kəndinə çəkildilər. Gəncəlilər ermənilər və molokanların sayca onlardan bir neçə dəfə çox olduğunu görüb salamat qalmış bütün müsəlman əhalisini Şamaxını tərk edərkən özləri ilə apardılar. Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və molokanlar Şamaxını ikinci dəfə zəbt etdilər. Bakı Sovetinin bolşevik – daşnak qoşunları tərəfindən Şamaxı şəhəri və qəzasının 72 kəndi dağıdıldı (8). Şamaxı qırğınlarında 8 min nəfərə qədər türk-müsəlman öldürüldü. Onların 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Yerli əhaliyə dəyən maddi ziyan o dövrün qiymətləri ilə bir milyard rubldan çox idi (10,v.7).
Bakı quberniyasının Xəzər sahili Quba qəzasında qırğın törədən quldur dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazasp rəhbərlik edirdi. 1918-ci ilin aprel ayında Hamazasp rəhbərlik etdiyi bolşevik-daşnak quldur dəstəsi Bakı quberniyasının Xəzər sahili Quba qəzasının 122 türk-müsəlman kəndlərini dağıtmış, on minlərlə türk, dağlı, ləzgi məhv olunmuşlar (11, v.5-8). Daşnak dəstəsi Quba-Xaçmaz bölgəsində dəhşətli vəhşilikər törədirdi.
Bakı quberniyasının Xəzər sahili Lənkəran qəzasının türk-müsəlman əhalisi də bolşevik-daşnak silahlı dəstələrindən ciddi ziyan çəkmişlər. Lənkəran qəzasında iki min nəfərlik bolşevik-daşnak birləşməsinin qanlı terror və vəhşi qarətin qarşısını Zaqafqaziya Seyminin bölgədə olan gürcülərdən ibarət silahlı dəstələri almışlar (1, s. 306).
1918-ci ilin mart-aprel aylarında kütləvi qanlı qırğınlar törətmək məqsədilə “Sovet hakiiyyəti”nin daşnak-bolşevik dəstələri Bakı quberniyasından sonra Azərbaycanın digər ərazilərini işğal etmək fikrində idi. Bolşevik-daşnak dəstələrinin əsas hədəfi Yelizavetpolu (Gəncəni) ələ keçirmək idi. S.Şaumyan ermənilərin üsyana qaldırmaqla Gəncə və Qarabağda daşnak-bolşevik silahlı dəstələrini gücləndirmək istəyirdi. Bolşevik-daşnak hərbi birləşmələri Bakı quberniyasının üç gün əzində 12 mindən çox (6, s. 173; 12, s.46) Şamaxı qəzasında 80 kəndi dağıtmış, Şamaxı şəhəri əhalisi daxil olmaqla 10 mindən çox Quba qəzasında 122 kəndi dağıtmış, 16 min nəfərdən çox və Göyçay, Kürdəmir, Salyan, Lənkəran qəzasında 4 mindən çox türk-müsəlman əhalisi qırmışlar (13, s.213). 1918-ci ilin yazı və yayında Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şimali Şərq-Quba və Xaçmaz bölgələrində hərbi əməliyyatlar gedirdi (3, v.51).
1918-ci il may ayının 11-də Batumda Zaqafqaziya və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar davam etdirilirdi. Azərbaycanı M.Ə.Rəsulzadə və M.H.Hacınski təmsil edirdilər. Türkiyə tərəfini Xarici İşlər naziri Xəlil Paşa, Qafqaz cəbhəsi komandanı Vehib Paşa və hərbi nazir Ənvər Paşa başçılıq edirdilər (1, s. 309). 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyəti haqqında Əqdnamə (Akt) qəbul etdi (1, s.315-316). 1918-ci il iyun ayının 4-də Osmanlı imperiyası ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq haqqında müqavilə imzalandı. Azərbaycan Cümhuriyyətinin bu ilk müqaviləsi ölkələr arasında siyasi, hüquqi, iqtisadi və intelekktual əsasda səmimi dostluq münasibətlərini təsbit edilməsi üzrə qarşılıqlı saziş idi (14, v.1).
Tiflisdən 18 günlük fəaliyyətindən sonra Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Azərbaycana kömək üçün göndəriləcək təşkil olunmuş, Qafqaz Türk İslam Ordusuna 20 nəfərədək zabit seçildi. Nuru paşa Qafqaz İslam Ordusunun təşkili üçün lazım olan kadrları seçmək üçün təyyarə ilə Mosula uçdu. O, Mosulda 6-cı ordudan 149 zabit, 488 gizir və əskər seçdi. Nuru Paşa seçilən zabit və əskəri heyətlə Azərbaycana yola düşdü. Onun seçmiş olduğu hərbi heyət irəliləyərək Rəvandüzdən keçib, aprelin 26-da Persaya, aprelin 29-da Sovuçbulağa və mayın 9-da Təbrizə çatdı (13, s.213-214).
Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər paşa öz qardaşı Nuru Paşaya Təbriz ətraından Gəncəyə doğru hərəkət etməsi barədə əmr verdi. Nuri Paşa xatirələrində qeyd etmişdir ki, o, Cəbrayıl-Ağdam-Tərtər marşurutu ilə mayin 24-də Yevlaxa gəlmişdir. May ayının 25-də isə Nuru paşa hərbi heyəti ilə birlikdə Gəncəyə daxil olmuşdur (13, s. 214). Türkiyə ordusunun hərbi heyəti olan 5-ci diviziya Azərbaycan Cümhuriyyətinə köməyə cöndərildi (1, s. 326).
Qafqaz Türk İslam Ordusunun komandanı Nuri paşa öz qoşunlarına müraciətində: Bizim məqsədimiz Bakıdır demişdir (16, s.219). İyun ayının 11-14-də Gəncə və onun ətrafında yaşayan ermənilər tərkisilah olundu. Gəncə türk müsəlman əhalisinin hərbi könüllü dəstəsindən 13 nəfər şəhid oldu və 7 nəfər yaralandı (13, s.214).
Azərbaycan Türkiyə birləşmiş qoşunları ilə Bakı Xalq Komissarları Sovetinin qoşunları arasında ilk döyüş iyun ayının 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş verdi. Burada Türkiyənin 10-cu alayı vuruşurdu. İyunun 19-da Nuru Paşa özü cəbhəyə cəldi. Türklərin 5-ci diviziyası xeyli itki verərək sovet qoşunlarının hücumunu dayandıra bildi. İyun ayının 19-da Qafqaz İslam Ordusunda olan türklərin dağ-artiveriya divizionu və türk piyada alayı döyüş bölgəsinə gəldi. Qafqaz Türk İslam Ordusu tərkibində Ağdam, Ağcabədi, Şuşa, Ağdərə, Bərdə, Tərtər, Gəncə, Şamxor, Car-Balakən bölgələrindən toplanmış könüllülər Müsəlman körpüsü altında döyüşürdülər. Döyüşlər əsasən Qaraməryəm– Ağsu şosesi, Müsüslü– Kürdəmir ətrafında gedirdi. İyun ayının 30-da sovet qoşunları geri çəkilsə də iyulun 1-də yenə Göyçaya soxuldu. Türk-müsəlman qoşunu yenidən Göyçayı azad etdi. Qafqaz Türk İslam Ordusunun Göyçay ətrafında döyüşlərdə qələbəsi Azərbaycanın şərq hissəsinin, o cümlədən Bakı quberniyasının Bakı, Quba, Şamaxı, Cəlyan, Lənkəran qəzalarının bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mübarizədə dönüş nöqtəsi oldu (16).”
1918-ci ilin iyul ayında Qafqaz Türk İslam Ordusu və Azərbaycan körpüsü hücumları davam etdirdi. Döyüşlər üç istiqamətdə aparılırdı. Sol cinahda Şamaxı istiqamətində və sağ cinahda Səlyan istiqamətində Qafqaz Türk İslam Ordusunun hərbi hissələri əməliyyat aparırdılar. Mərkəzi cəbhədə Kürdəmir– Hacıqabul istiqamətində Azərbaycan körpüsünün hissələri hücum edirdi. Iyulun 10-da üç günlük döyüşdən sonra Kürdəmir azad edildi, iyulun 14-də Karrar dəmiryol stansiyası, sonra isə Hacıqabul azad olundu. Sol cinahda isə Mürsəl paşanın komandanlıq etdiyi Qafqaz Türk İslam Ordusunun hissələri iyulun 7-də Ağsu-Şamaxı istiqamətində hücuma keçərək iyulun 20-də Şamaxı şəhərini azad etdilər. Cənub cəbhəsində isə Həmid bəyin başçılığı altında türk əskərləri Səlyan qəzasının Bankə balıq vətəqələrini ələ keçirdilər (17, s.307-308).
Bakı civarına bıxmış Qafqaz Türk İslam Ordusunun komandanı Huru paşa 1918-ci il avqustun 5-də hücumla Bakı şəhərini azad etmək istədi. Lakin Bakıda olan “ Sentrokaspi” diktaturasının hərbi qüvvələri güclü müqavimət göstərirdilər. Bakının və Xəzər sahili qəzalarının tezliklə azad olunması üçün Nuru Paşa 3-cü Türk İslam Ordusu komandanlığından əlavə qüvvə istədi. Kömək gəldikdən sonra avqust ayının 26-dan sonra hərbi əməliyyatlar fəallaşdı. Bakı üzərində hücumda 8 min Osmanlı əskərləri ilə yanaşı 6-7– min Azərbaycanın Qarabağ bölgələrindən: Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Şuşadan, Gəncə və Car-Balakəndən olan türk-müsəlman oğulları iştirak edirdi. Otuz altı saatlıq döyüşlərdən sonra sentyabr ayının 15-də saat 9-d Bakı düşməndən geri alındı. Sentyabrın 18-də Türk qoşunları Bakıya daxil oldu.
Bakı şəhəri və qəzası azad olunduqdan sonra Xəzər sahilində yerləşən Quba, Səlyan, və Lənkəran qəsalarında bolşevik– daşnak qoşunlarından təmizləndi. Şanlı Türk Ordusu 1300 nəfəri kimi, Azərbaycan körpüsünün isə beş min nəfərdən çox zabit və əsgəri şəhid olmuşlar (13, s. 215-217).
1918-ci ilin yayından başlayaraq türk xalqının qəddar düşməni olan Andronik erməni-daşnaklarına rəhbərlik edərək Zəngəzurda 115, Cavanşir, Cəbryıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər və əhalisini soy qırıma məruz qoydular. Yüz minlərlə türk müsəlman əhalisi öz dədə-baba yurdlarından qovulub didərgin oldu (1, s.433).
Ermənilərin vəhşiliyinin qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyəti dövləti 1919-cu ili yanvar ayının əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından alıb mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ general-qubernatorluğu yradıldı. Həmin ilin fevral ayının 12-də Xosrov bəy Sulnanov general-qubernator təyin olundu.
1919-cu ilin iyun ayının 18-də Azərbaycan hökuməti Ermənistana nota göndərdi. Bu notada Ermənistanın etiraz və iddiaları rədd edilərək, Qarabağ məsələsində Azərbycan Cümhuriyyətinin daxili işlərinə qarışmamaq tələb olunurdu (18, v.76).
Almaniyanın və Türkiyənin Birinci dünya müharibəsindəki məğlubiyyəti nəticəsində 1918-ci ilin oktyabr ayının 30-da Antanta dövlətləri ilə Mudros barışığı müqaviləsi imzalandı. Həmin müqavilənin 2-ci maddəsinə əsasən Türkiyə öz qoşunlarını Cənubi Qafqazdan çıxarmalı,14-cü maddəsinə görə isə Antntanın hərbi qüvvələri Bakı və Batuma daxil olmalı idi. Bu ərazinin bütün dəmiryol xətləri, onların nəzarətinə verilməli idi (1, s. 336). İranın Xəzər sahili Ənzəli şəhərində yerləşmiş Böyük Britaniya dövləti ordusunun komandanı general Tomson Nuru Paşadan Mudros barışığına görə bir həftəyə kimi Bakının bir ayadək bütün Qafqazın boşaldılmasını istəyirdi (18, s. 61).
İngilis komandanlığı danışıqların əvvəlində Azərbaycan hökuməti ilə hesablaşmadı. General Tomsona Azərbaycan Xalq Cümhuriyyəti hüquqlarına daxil olmazdan əvvəl onun müstəqilliyini tanımaq təklif olunanda, o, “Azərbaycan Cümhuriyyəti adı altında bizə yalnız xalq kütlələri içərisində heç bir dayağı olmayan türklərin fitnə-fəsadla ilə yaradılmış hökumət məlumdur” (18, s. 45)... – deyə diplomatrik bəhanə və təklifi qəbul etməkdən qəti surətdə yayındı. Danışıqların sonunda Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-nə səhər saat 10-dək Bakı həm Türkiyə, həm də Asərbaycan qoşunlarından təmizlənməlidir. Bakı və onun neft mədənləri ingilislərin nəzarətinə keçməsi, ölkənin qalan hissəsinin Azərbaycan hökuməti və ordusunun nəzarətində qalması nəzərdə tutulur, eyni zamanda deyilirdi ki, Azərbaycan rəsmi surətdə tanınır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri Azərbaycan hökuməti ilə defakto əlaqə yaradacaqlar. V.M.Tomson Bakının general qubernatoru olacaq, şəhər polisinə ingilis zabiti rəhbərlik edəcək (20, v.1). Bakıya gələn ingilislər əvvəl Bakı Realnı məktəblərinin binasında, sonradan isə “Metropol” mehmanxanasında yerləşdirildilər ( 21, s. 57).
Azərbaycan parlamentinin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi. Şəhər özünüidarəsi və milli komitələri olmayan qəzalarda deputatlar kənd icmaların nümayəndələrinin qurultayı tərəfindən seçilə bilərdilər.
Nəzərdə tutulan 120 deputatdan 80 nəfəri türk-müsəlman nümayəndəsi, 40 nəfəri isə digər azlıqda olan xalqların nümayəndələri olmuşlar. Bakı şəhəri və qəzasından – 5 nəfər, Quba qəzasından– 2 nəfər, Lənkəran qəzasından 2 nəfər, Səlyan qəzasından 2 nəfər, Şamaxı qəzasından 2 nəfər və sairə qəzalardan seçilmişlər (1, s.346).
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu üç ay müddətində ərazi bütövlüyünü qorumaqla bərabər cəmiyyətin demokratik dəyişiklikləri, iqtisadi və mədəni yüksəlişinə də ciddi fikir vermişdir. “İttihad” partiyasının Q.Qarabəyov tərəfindən təqdim edilmiş bəyannaməsində hakimiyyətin millətə məxsus olması AXC-nin azadlıq uğrunda apardığı mübarizənin əsas məqsədi sayılırdı” (22, s.68-73).
“Əhrar” partiyasının bəyannaməsi dekabrın 26-da keçirilmiş parlament iclasında Abdulla bəy Əfəndiyev tərəfindən açıqlandı. Aqrar islhatlarla bağlı “Əhrar” iri mülkədar torpaqlarının kəndlilərə bölünərək paylanması düzgün sayıldı (29, s.131-137).
Azərbaycan parlamentində görkəmli mövqedən ən nüfuzlu qüvvə “Müsavat” partiyası idi. Bu partiya koolisiya prinsipinin dövlətin maraqlarına uyğun hesab edərək öz fəaliyyətində bütün siyasi təşkilatlar və əməkdaşlığa meyl göstərirdi (23, s.14). Torpaq məsələsi yenə həllini gözləyən başlıca məsələlər sırasında qalırdı.
Araşdırılan dövrdə sosial-siyasi vəziyyətin yaxşılaşdırılması üçün əsas tədbirlərdən biri də Azərbaycan ordusunun qurulması və daha da gücləndirilməsi olmuşdur. Osmanlı-Türk ordusu Azərbaycanda olarkən 1918-ci il oktyabrın 23-də respublika hökumətinin Hərbi Nazirliyi yaradılması qərara alındı (24, s.28). Əski Rusiya imperiyasında Tam Ordu generalı rütbəsinə yüksəlmiş (əslən Qarabağın Şuşa qəzasının, sonradan Ağdam qəzasının, hazırda Ağcabədi rayonunun Hindarx və Hüsülü kəndlərinin Kəbirli bəylərindən olan) Səməd bəy Mehmandarov milli ordunun yenidən qurulması başa çatmamış, parakəndə halda olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün ilk növbədə mərkəzi hərbi idarəetmə orqanlarını təşkil etməkdən başladı.
Nazilər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə artireriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin olundu (1, s.395-396). 1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıldı (1. s.399). Həmin il yanvarın 15-də isə Azərbaycan Cümhuriyyətinin Silahlı Qüvvələrin Baş Qərargahı təşkil olundu (1, s.558). Bu təşkilatı işlərin həyata keçirilməsi nəticəsində Hərbi Nazirlik Azərbaycan Ordusunun şəxsi heyətinin sayını 20 min nəfərə, ordudakı atların sayını isə beş min başa çatdırmağı, 1920-ci ildə isə ordu heyətini 40 min nəfərə, atların sayını isə on min başa çatdırılması nəzərdə tutulurdu (1, s. 401).
Müsavatçılar 1918-ci ilin əvvəlindən Lənkəran bölgəsində silahlı dəstələri tərksilah edib hakimiyyət idarələrini nəzarət altına aldıqlarına baxmayaraq, 1918-ci ilin aprel ayında bölgəyə gələn “Aleksandr Jander” gəmisində gələn sovet qoşunları hakimiyyəti ələ keçirdi (25, s.18.).
Lənkəran və Cavad bölgələrində məskunlaşdırılmış rus əhalisi tərəfindən müdafiə olunan Rusiya ordusunun millətçi zabitləri fəallaşmağa başladılar. Denikin qoşunu ilə sıx əlaqəsi olan bu qüvvələrə polkovnik İlyaseviç rəhbərlik edirdi. O, İran sərhəd xəttini qorumaq üçün Muğanın cənubunda yerləşdirilmiş 29-cu rus sərhəd briqadasının komandiri idi ( 26, s.28). 1918-ci ilin avqust ayında öz qərargahı ilə Cavad qəzasının Biləsuvar kəndindən Lənkaran qəzasının Prişib kəndinə köçən İlyaseviçin briqadasında altı min nəfər silahlı var idi. Bu hərbi qüvvənin təzyiqi ilə avqust ayının 4-5-də Prişib kəndində fövqəladə qurultay cağrıldı. Qurultayda Lənkəran və Cavad qəzalarında hakimiyyət məsələsi müzakirə olundu.
Qəzaları idarə etmək üçün beş nəfərdən ibarət “Müvəqqəti diktatura” yaradıldı (27, s.52). Şovinist millətçi rus zabitləri AXC-nin cənub bölgəsində hakimiyyəti ələ keçirdilər. Onlar tabeliklərində olan silahlı qüvvələrə, bölgəki rus qolçomaqlarına, Bakıdakı Rus Milli Şurasına və Denikinin yardımlarına arxalanaraq, “Müvəqqəti Diktatura” əhalini qarət etmək , çapıb-talamaq, öz mənafeylərinə uyğun olan yeni bir rejim yaratdılar. 1919-cu ilin fevralında rus– zabitlərinin nəzarəti altında olan ərazilır “Lənkəran Respubliksaı” elan olundu və Suxorukovun rəhbərliyi ilə “demokratik” hökumətin təşkil olunduğu bildirildi (27, s.59).
1919-cu il martın 21-də müstəqil AXC-ni parçalamaq iddiasında olan qüvvələrin Prişibdə qurultayı çağrıldı. Qurultayda qərara alındı ki, Paris sülh konfransı qurultayınadək, Lənkəran qəzası Azərbaycan hökumətinə verilməsin və “Muğan vilayəti” adı altında yaradılan müstəqil quruma tabe etdirilsin (27, s.59-60).
1919-cu il mayın 15-dən “Muğan Kəndli Deputatları Sovetinin fövqəladə qurultayı” çağrıldı. Bu qurultayda iştirak edən deputatların yarısı qeyri-azərbaycanlı idi (26, s.38). 1919-cu il aprelin 25-də kommunistlər palkovnik İlyaseviç və onun tərəfdarlarını həbs edərək Lənkəran bölgəsində nəzarəti ələ keçirmişdilər (1, s.404). Cənubi Qafqazda Sovet hakimiyyətinin yeganə dayaq nöqtəsi olan Lənkəran bölgəsində üsyanın baş tutması xəbərini alan kommuistlər buraya pul, silah yardımı gücləndirdilər. 1919-cu ilin aprel ayının axırıncı günləri kommunistlər Bakıdan gizli olaraq “Vstreçni” gəmisi ilə Lənkərana xeyli miqdarda silah və sursat, doqquz milyon rubl və çoxlu siyasi ədəbiyyat göndərdilər (28, s.226).
İ.V.Leninin tapşırığı ilə Həştərxandan Lənkərandakı antiazərbaycan qovvələrə kömək göstərmək üşün kommunist T.İ.Ulyantsev (Otradnev) Lənkərana göndərildi. O, da gəlib Lənkəranda İnqilabi Şura təşkil etdi (29, s.191). 1919-cu il may ayının sonunda cənubda elan olunmuş Sovet hakimiyyətinin sərəncamında bir piyada taboru, üç hidroplan var idi. Muğanda bolşevik silahlı qüvvələrin sayı 6-7– min nəfərə çatırdı (29, s.192). “Muğan Sovet Respublikası” nın ömrü uzun sürmədi. Ağqvardiyaçı rus zabitlərinin rəhbərliyi altında qüvvələr iyun ayının 24-25-də Lənkəranda hakimiyyəti ələ aldılar. İyulun 26-da isə Prişibdəki qurultayında bölgədə öz hakimiyyətlərini bərpa etdiklərini elan etdilər (30).
1919-cu ilin avqustunda Qarabağda vəziyyət nisbətən sakit keçdi. AXC-nin Hərbi Nazirliyin rəhbərliyi Lənkəran bölgəsinə qoşun çıxarmağı qərara aldı. Bu barədə AXC hökuməti 1919-cu il iyul ayının əvvəlində göstəriş vermişdi (1, s.404). Azərbaycana əks olan qüvvələri sıxışdırıb bölgədən çıxarmaq və burada AXC-nin hakimiyyətini yaratmaq üçün Lənkəran dəstəsi yaradıldı. 1919-cu ilin avqust ayının əvvəlində Lənkəran dəstəsi formalaşdırılmış, hərəkəti üçün hazırlıq işləri görülmüşdü. Dəstənin komandanlığı general-mayor Həbib bəy Səlimova həvalə olundu. Həbib bəyə göstəriş verildi ki, tabeliyində olan hissələrlə Hacıqabul, Salyan, Pokrovisk, Prişib və Lənkəran marşrutu ilə Lənkəran qəzasına doğru irəliləyərək oralarda qayda– qanunu bərpa etməlidir (1, s.405).
Hacıqabulda toplaşan Lənkəran dəstəsi avqustun 13-də Lənkərana doğru hərəkata keçdi. AXC-nin gənc ordusu yayın güclü istisində məsafəni on beş günə qət etmişdir (1, s.405). Heç bir qan tökülmədən Lənkəran qəzası və Muğan bölgəsi AXC-nin tərkibinə qatılmışdır. Lənkəranda piyada taboru təşkil olundu. Kapitan S.Rəfibəyov komandir təyin edirdi. Onlar ağqvardiyaçı qüvvələrdən və rus əhlisindən müsadirə olunmuş yüngül silahlarla təmin olundular.
AXC– hökuməni xarici siyasət sahəsində uğurlar qazanmışdır. Avropanın və Asiyanın bir çox ölkələrində Azərbaycan Cümhuriyyətinin diplomatik nümayəndələri təsis olunmuşdur. 1920-ci ilin aprelində Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərməyə başladı (1, s.446).
Yanvar ayının 13-də Amerika Birləşmiş Ştatlarının Parisdəki səfiri Valles İngiltərə və Fransanın Azərbaycan və Gürcüstan dövlətlərinin müstəqilliklərini de-fakto tanımaları və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi. Yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə dəvət olundular. Azərbaycan nümayəndələri Ə.M.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələri İ.Sereteli və Z.Avalov Fransa Nazirliyinin birinci katibi Jül Kambon, İngiltərə nümayəndəsi Filipp Kerr və İtaliya nümayəndəsi markiz de la Torreta tərəfindən qəbul olundular (31, s.241). Jül Kambvon Azərbaycanın Ali Şura üzvüləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanıması haqqında Paris sülh konfransının rəsmi qərarını Ə.M.Topçubaşova təqdim etdi (1, s.441).
Hələ aprel ayının ortalarında XI ordunun birləşmələri və hissələrinin Azərbaycan sərhəddində cəmləşməsi başlandı. Gələcək əməliyyatlarda iştirak etmək üçün 20-ci, 28-ci və 32-ci atıcı diviziyaları ( 20 minə yaxın süngü), sonralar 2-ci süvari korpusuna birləşdirilən 7-ci və 8-ci süvari diviziyaları və Taman süvari briqadası (cəmi 7 min qılıncla) ayrılmışdı. Dərbənddə yerləşən beş zirehli qatar, həmçinin bir neçə aviasiya dəstəsi də XI ordunun sərəncamında idi (32, s.148).
Sovet Rusiyasının XI ordusunun 72 minlik hərbi hissələri 1920-ci ilin aprel ayının 26-da Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini keçərək sürətlə Bakıya doğru irəliləməyə başladı (33, s.7). Şimal sərhəddindən Bakıya qədər Azərbaycan Ordusunun çox az qüvvələri-cəmisi üç min nəfərlik nizami qoşun dəstələri və ehtiyat batalyinu (onlara verilmiş zirehli qatarlarla birlikdə cəmi beş min süngü və qılınc) yerləşdirilmişdi (34, s.112).
1920-ci iln aprel ayının 27-də AXC XI ordunun süngülərinə arxalanan bolşeviklər tərəfindən devrildi. Aprel ayının 28-də Azərbaycan K(b)P MK yeni yaradılmış Azərbaycan İnqilab Komitəsini respublikanın yeni ali siyasi hakimiyyət orqanı elan etdi. Azərbaycan İnqilab Komitəsi xalqa olan ilk müraciətində elan etmişdir ki, XI orduya qarşı silahlı müqavimət göstərəcəyi taqdirdə terrora əl atacaqdır (35, s.11-13). Aprel ayının 27 –si gecə saat 12.55-də III “Beynəlmiləl” zirehli qatarı Samur çayı körpüsündən keçəcək iki saatlıq qanlı döyüş nəticəsidə Yalama stansiyasını ələ keçirdi. Xudat və Xaçmaz dəmir yol stansiyalarında Azərbaycan Milli Ordusu XI ordunun zirehli qatarlarının Bakıya doğru irəliləməsini dayandırmağa çalışdılar. Aprelin 27-də Quba-Xaçmaz bölgəsini ələ keçirən XI ordunun yeddinci süvari diviziyası (1, s.522), aprel ayının 30-da Şamaxıya daxil oldular, Səlyanı ələ keçirdilər (36, s.24-25).